Maliyyə hesabatlarının məqsədi və formaları
Maliyyə hesabatlarının məqsədi müxtəlif istifadəçilər tərəfindən resursların bölüşdürülməsi ilə bağlı qərarların qəbul edilməsi və qiymətləndirilməsi zamanı təşkilatın maliyyə vəziyyəti, maliyyə nəticələri və pul vəsaitlərinin hərəkəti haqqında informasiyanın təmin edilməsidir. Maliyyə hesabatları həmçinin, fasiləsiz əməliyyatlar üçün tələb edilən ehtiyatların və fasiləsiz əməliyyatlar vasitəsilə yaradıla bilən resursların həcminin, eləcə də, müvafiq risklərin və qeyri-müəyyənliklərin miqyasının proqnozlaşdırılması zamanı faydalı olan məlumatların təmin edilməsi vasitəsilə proqnozlaşdırıcı və ya prospektiv rola malik ola bilər. Xüsusilə, təşkilatlar tərəfindən ümumi təyinatlı maliyyə hesabatlarının məqsədləri qərar qəbulu prosesi ücün faydalı məlumatların təmin edilməsindən və təşkilatna həvalə edilən resurslar üzrə hesabatlılığın aşağıdakı vasitələrlə nümayiş etdirilməsindən ibarət olmalıdır:
a) Maliyyə resurslarının mənbələri, boluşdurulməsi və istifadəsinə dair məlumatların təmin edilməsi;
b) Təşkilatın öz fəaliyyətini necə maliyyələşdirməsinə və pul vəsaitinə olan ehtiyacının necə ödənilməsinə dair məlumatın təqdim edilməsi;
c) Təşkilatın öz fəaliyyətini, habelə, öhdəliklərin və məsuliyyətin yerinə yetirilməsi proseslərini maliyyələşdirməsi potensialının qiymətləndirilməsi zamanı faydalı olan məlumatların təmin edilməsi ;
d) Təşkilatın maliyyə vəziyyətinə və burada baş verən dəyişikliklərə dair məlumatların təmin edilməsi;
e) Xidmətlərin dəyəri, səmərəlilik və icra məsələləri üzrə təşkilatın fəaliyyətinin qiymətləndirilməsi zamanı faydalı olan ümumi məlumatların təmin edilməsi