Maliyyə Tədris Mərkəzində “Dövlət qulluqçularının etik davranış qaydaları” adlı videotəlim keçirilib


Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Dövlət qulluqçularının etik davranış qaydaları” adlı videotəlim keçirilib. 24 iyun 2020-ci il tarixində  keçirilən  təlimə Maliyyə Nazirliyinin tabeliyində olan rayon və şəhər idarə və şöbələrində çalışan 20 dövlət qulluqçusu cəlb olunub. Təlimin əsas məqsədi dövlət qulluğunda etikanın əhəmiyyəti, dövlət qulluqçularının riayət etməli olduğu əsas etik davranış qaydaları barədə  dövlət qulluqçularını məlumatlandırmaqdır.
DAVAMI
  • 136

“Mühasibat uçotu standartları” adlı videotəlim keçirilib


Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində keçirilən videotəlimə Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi sistemində fəaliyyət göstərən 10 maliyyə və mühasibatlıq işçisi cəlb edilib.Təlimin məqsədi mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsindən ibarətdir.
Tədbiri Maliyyə Tədris Mərkəzinin əməkdaşı Zəhra İsmayılova giriş sözü ilə açaraq keçirilən təlimin aktuallığı və mahiyyəti barədə məlumat verib.
DAVAMI
  • 147

15 İyun Azərbaycan xalqının Milli Qurtuluş Günüdür




1993-cü il iyunun 15-i Azərbaycan tarixinə Milli Qurtuluş Günü kimi daxil olub və dövlətçiliyimiz yox olmaq təhlükəsindən xilas edilib. Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyev öz xilaskarlıq missiyası ilə ölkəmizin müstəqilliyini qorudu, respublikada tüğyan edən ictimai-siyasi böhranı aradan qaldırdı və inkişafın təməlini qoydu. Bu gün milli qurtuluş ideologiyasının təntənəsi müstəqil respublikamızın davamlı inkişafında özünü büruzə verir, regionda və dünyada Azərbaycanın nüfuzu daha da artır.
DAVAMI
  • 97

Maliyyə Nazirliyinin əməkdaşları “Maliyyə vəziyyəti haqqında hesabat"adlı videotəlimdə iştirak ediblər


3 iyun tarixində Azərbaycan Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Elm-Tədris Mərkəzinin təşkilatçılığı ilə “Maliyyə vəziyyəti haqqında  hesabat" adlı videotəlim keçirilmişdir. Videotəlimdə  Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin əməkdaşları da iştirak etmişdir. Maliyyə Elm-Tədris Mərkəzinin əməkdaşı Gülşən Orucova tərəfindən keçirilən təlimdə maliyyə hesabatları, maliyyə vəziyyəti haqqında hesabat, kapitalda dəyişiklər haqqında hesabat və digər mövzular ətrafında geniş məlumat verilmişdir. Təlimdə 15 nəfər iştirak etmişdir.
DAVAMI
  • 138
Sosial şəbəkələrdə biz