Əmlakın və öhdəliklərin inventarizasiyası qaydaları


13 noyabr 2020 – ci il tarixində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “ Əmlakın və öhdəliklərin inventarizasiyası qaydaları” adlı təlim keçirilmişdir. Maliyyə Tədris Mərkəzinin tədris zalında   keçirilən təlimə Naxçıvan Muxtar Respublikasında büdcə  təşkilatlarında maliyyə mühasibat sahəsində çalışan 12 mühasibat işçisi dəvət olunub. Təlimi giriş sözü ilə Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova açaraq iştirakçıları salamlamış , təlimin aktuallığı və mahiyyəti haqqında məlumat vermişdir.
DAVAMI
  • 16
Sosial şəbəkələrdə biz