“Maliyyə hesabatlarının tərtib edilməsinin nəzəri əsasları” mövzusunda təlim keçirilib


9-10 sentyabr 2021-ci il tarixlərində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində növbəti iki günlük təlim təşkil olunub. Təlimə muxtar respublikada fəaliyyət göstərən müxtəlif təşkilatlardan 12 nəfər maliyyə-mühasibatlıq işçisi cəlb olunub.
     Gündəliyə uyğun olaraq Mərkəzin direktoru Mehriban İmanova təlimin mahiyyəti  haqqında ümumi məlumat verərək, bu kimi təlimlərin keçirilməsində məqsədin muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarında Beynəlxalq  Mühasibat Uçotu Standartlarına əsasən maliyyə-mühasibat işinin aparılması, müasir tələblərə uyğun olaraq maliyyə hesabatlarının hazırlanması və bu sahədə mütəxəssislərin biliklərinin artırılması olduğunu bildirib.
DAVAMI
  • 10
Sosial şəbəkələrdə biz