Maliyyə Tədris Mərkəzində 2022-ci ilin ilk təlimi keçirilib


Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi büdcə təşkilatlarının maliyyə və mühasibatlıq işində çalışanların mövcud biliklərinin artırılması və ixtisaslarının təkmilləşdirilməsi istiqamətində işlərini davam etdirir.
17-18 yanvar 2022-ci il tarixlərində Mərkəzdə maliyyə və mühasibatlıq üzrə mütəxəssislər üçün “Beynəlxalq standartlara uyğun olaraq memorial order forması  əsasında sintetik uçotun aparılması” mövzusunda növbəti təkmilləşdirici təlim keçirilib. İki gün, 4 tədris saatı müddətində planlaşdırılan təlimə muxtar respublikada fəaliyyət göstərən  büdcə təşkilatlarının hüquq mühafizə sahəsində çalışan 12 nəfər maliyyə və mühasibat işçisi cəlb edilib.
DAVAMI
  • 455

Maliyyə Tədris Mərkəzində növbəti təkmilləşdirici təlim başa çatıb



Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində ictimai sektor üçün “Ehtiyatlar” adlı mühasibat uçotunun beynəlxalq standartının nəzəri və praktiki izahı adlı növbəti ikigünlük təlim təşkil olunub.
Təlimə Naxçıvan Muxtar Respublikasının Fövqəladə Hallar Nazirliyindən, Dövlət Gömrük Komitəsindən, Dövlət Miqrasiya Xidmətindən, Dövlət Vergi Xidmətindən və digər təşkilatlardan 13 nəfər maliyyə-mühasibatlıq işçisi cəlb olunub.
DAVAMI
  • 410

“Maliyyə məktəbi” layihəsi çərçivəsində Sədərəkdə keçirilən növbəti təlim başa çatıb


Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin birgə təşkilatçılığı ilə Sədərək Rayon Mədəniyyət Sarayında “Maliyyə məktəbi” layihəsi çərçivəsində “Gələcək üçün maliyyə” adlı növbəti təlim keçirilib. Təlimdə 30-dan çox gənc dövlət qulluqçusu iştirak edib.
DAVAMI
  • 444

"Könüllü təlimçi" layihəsinə yekun vurulub


Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Beynəlxalq Könüllülər Günü"nə həsr olunan  "Könüllü təlimçi" layihəsi  keçirilib.
4 istiqamət üzrə reallaşdırılan təlimdə  iqtisadiyyat, mühasibat uçotu, maliyyə və qanunvericilik üzrə təqdimatların qəbul edilməsi tələbi qoyulub və onlayn qeydiyyat aparılıb. Mühasibat uçotunun nəzəri və təcrübi əsasları, ailə büdcəsinin və şəxsi büdcənin idarə edilməsi, əmək və mülki qanunvericiliklə bağlı təqdimatlarla qeydiyyatdan keçən ali və orta ixtisas məktəblərinin tələbələri, o cümlədən bu sahəyə marağı olan könüllülər layihədə iştirak etmək hüququ qazanıb.
DAVAMI
  • 381

“Büdcə təşkilatlarında vergi uçotunun təşkili” adlı iki günlük təlimə yekun vurulub


 24-25 noyabr 2021-ci il tarixlərində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində keçirilən “Büdcə təşkilatlarında vergi uçotunun təşkili” adlı  təlimə Naxçıvan Muxtar Respublikası Ədliyyə Nazirliyi, Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyi, Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyi, Naxçıvan Muxtar Respublikası Mədəniyyət Nazirliyi və digər qarışıq təşkilatlardan 12 nəfər maliyyə-mühasibatlıq işçisi cəlb olunub.
DAVAMI
  • 451

Şərur rayonunda “Maliyyə məktəbi” layihəsi çərçivəsində təlim təşkil olunub


18 noyabr 2021- ci il tarixində Şərur Olimpiya İdman Kompleksində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi və Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyinin təşkilatçılığı ilə gənc dövlət qulluqçularının iştirak etdiyi “Gələcək üçün maliyyə” təlimi keçirilib.
Şərur rayonundan olan gənclərin iştirakı ilə “Gələcək üçün maliyyə” mövzusunda keçirilən təlimin məqsədi gənclərin asudə vaxtının səmərəli təşkili, onlar arasında maliyyə savadlılığını təşviq etmək, onları gəlir, qənaət, xərc, investisiya, büdcə haqqında məlumatlandırmaq olub.
DAVAMI
  • 462

“Maliyyə Tədris Mərkəzi"nin növbəti təlimi başa çatıb


Naxçıvan Muxtar Respublikası  Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində maliyyə və mühasibatlıq üzrə mütəxəssislər üçün növbəti təkmiləşdirici təlim öz işinə başlayıb. İki gün, 4 tədris saatı müddətində keçirilən təlimə müxtəlif büdcə təşkilatlarından bu sahə üzrə fəaliyyət göstərən 12 mütəxəssis cəlb edilib.
DAVAMI
  • 546
Sosial şəbəkələrdə biz