Naxçıvan Muxtar Respublikası Maliyyə
Nazirliyinin yaradılmasının 100 illiyi ilə əlaqədar Maliyyə Tədris
Mərkəzi tərəfindən təşkil olunan “Maliyyə həftəsi” layihəsinə start
verilib.
Layihənin ilkin
mərhələsində mərkəzin əməkdaşları təhsil müəssisələrində olaraq layihə
haqqında məlumat veriblər. Könüllü olaraq qeydiyyatdan keçmiş 43 tələbə
Maliyyə Nazirliyinə dəvət edilib. Onlar təlimə cəlb olunublar. Təlimin
sonunda isə test mərhələsi keçirilib. Test mərhələsinin sonunda hər
təhsil müəssisəsindən ən yüksək nəticə göstərən 25 tələbə layihəyə cəlb
olunub.