Xaqani Vəliyev



Xaqani Vəliyev 1984-cü ildə Naxçıvan şəhərində anadan olub. 2001-ci ildə Məhəmməd Sidqi adına 4 Nli tam orta məktəbi bitirib. 2004-2009- cu illərdə Naxçıvan dövlət Universitetinin İqtisadiyyat fakultəsinin "İqtisadiyyatın tənzimlənməsi" ixtisası üzrə bakalavr təhsili alıb. 2015-2017 ci illərdə Naxçıvan Dövlət Universitetinin "İqtisadiyyatın tənzimlənməsi" ixtisası üzrə magistr pilləsini fərqlənmə diplomu  ilə başa vurub. 2012-ci il aprel ayından hal hazırdakı vaxta qədər Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində müxtəlif vəzifələrdə çalışıb.
DAVAMI
  • 30

Cavid Ələkbərov


Ələkbərov Cavid Rasim oğlu 10 sentyabr 1994-cü ildə Naxçıvan şəhərində anadan olub. 2000-2009-cu illərdə Heydər Əliyev adina orta məktəbdə təhsil almışdır. 2009-2012 ci illərdə Naxçıvan Dövlət Texniki Kollecinin mühasibat uçotu və audit ixtisasında təhsilini dəvam etdirmişdir. 2012-2016 ci illərdə Naxçıvan Universitetinin maliyyə ixtisasinda bakalavr təhsili almışdır. 2017-2018 ci illərdə İqtisadiyyat Nazirliyinin tabeliliyində olan Naxçıvan Meyvə Tərəvəz MMC və Araz-3 MMC-də mühasib-xəzinədar vəzifəsində işləmişdir. 2018-ci ildən vergi orqanlarında xidmət edir. Hal-hazırda Naxçıvan MR Dövlət Vergi Xidmətinin Babək Rayon Vergilər İdarəsinin “Mühasibat uçotu və təsərrüfat bölməsi”nin bölmə rəisi-baş mühasibi vəzifəsində işləyir.
DAVAMI
  • 33

Ramil Hüseynov



1995-2006-ci illərdə Şərur rayon Şərur şəhər 2 saylı tam orta məktəbində təhsil almışdır. Həmin ildə Naxçıvan Dövlət Universitetinin “İqtisadiyyat” fakültəsinin “İqtisadiyyatın tənzimlənməsi” ixtisasına qəbul olmuş, 2010-cu ildə həmin ixtisas üzrə bakalavr dərəcəsi almışdır. 2010-cu ildə NDU-nu bitirərək, ixtisası üzrə magistratura şöbəsinə daxil olmuş və 2013-cü ildə “İqtisadiyyatın tənzimlənməsi” ixtisası üzrə magistr dərəcəsi almışdır.
    Hüseynov Ramil  2011-ci ildən 2017-ci ilədək Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin Büdcə şöbəsinin sosial sahələrin maliyyəsi sektorunda aparıcı məsləhətçi kimi fəaliyyət göstərmiş, 2017-cı ilin noyabr ayından həmin şöbənin yerli büdcələrin tərtibi və icmallaşdırılması sektorunda baş məsləhətçi vəzifəsinə təyin olunmuşdur və hal-hazırda həmin vəzifədə çalışır.
     Hüseynov Ramil 2012-ci ilin 12 – 16 noyabr tarixlərində Beynəlxalq Maliyyə Qurumlarının standartları əsasında Maliyyə İdarəetməsi(Financal Managment under İnternational Financal İnstitution), 2013-cü ilin 13 – 17 dekabr tarixlərində Dəyişikliklərin idarə edilməsi (Change Managment) və 2014-cü ilin 3 – 14 fevral tarixlərində Nəticələr əsasinda idarəetmə və səmərəli icra göstəriciləri(Results-Based Management and Effective Performance İndicators) kurslarını müvəffəqiyyətlə bitirərək müvafiq kursların sertifikatlarını almışdır.
DAVAMI
  • 35

Qənbər Xudiyev


Qənbər Nazim oğlu Xudiyev 1999-2010-cu illərdə Babək rayon Qoşadizə kənd orta məktəbində təhsil almışdır. 2010-cu ildə Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat fakültəsinin Dünya iqtisadiyyatı ixtisasına qəbul olmuş və 2014- cü ildə həmin ixtisas üzrə bakalavr dərəcəsi almışdır. 2015-ci ildə Azərbaycan Dövlət İqtisadiyyat Universitetinin Beynəlxalq İqtisadiyyat Məktəbi fakültəsinin magistratura şöbəsinin Beynəlxalq iqtisadi münasibətlər ixtisasına daxil olmuş və 2017-ci ildə həmin ixtisas üzrə magistr dərəcəsi almışdır.
İş fəaliyyətinə 03 oktyabr 2016-cı ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri üzrə Hüquqi Şəxslərlə İş Departementinin Proqnoz, uçot və təhlil sektorunun aparıcı məsləhətçisi vəzifəsində başlamışdır. 2017-ci il 17 noyabr tarixdən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin İqtisadi sahələrin maliyyəsi şöbəsində aparıcı məsləhətçi vəzifəsində çalışır. 2019-cu il 01 yanvar tarixdən həmçinin Naxçıvan Universitetində “Maliyyə” ixtisası üzrə müəllim kimi çalışır. 1 dərs vəsaiti və bir neçə elmi məqalənin müəllifidir.
DAVAMI
  • 39

Vüsal Məmmədov


Vüsal Cəmil oğlu Məmmədov 1986-1996-cı illərdə Culfa rayon Xanağa (indiki Xanəgah) kənd tam orta məktəbində təhsil almışdır. 1996-cı ildə Azərbaycan Dövlət İqtisad Universitetinin Qeyri ərzaq mallarının əmtəəşünaslığı ixtisasına qəbul olmuş, 2000-ci ildə həmin ixtisas üzrə bakalavr dərəcəsi almışdır.
Əmək fəaliyyətinə 01 iyul 2002-ci ildən Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsinin Mühasibat uçotu və hesabatı şöbəsində baş iqtisadçı vəzifəsi ilə başlamışdır. 2003-2007-ci illərdə Naxçıvan Muxtar Respublikası Dövlət Statistika Komitəsində müxtəlif vəzifələrdə çalışmışdır.
23 iyul 2007-ci ildən Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin Xəzinə şöbəsinin büdcənin uçotu və hesabatı sektorunda aparıcı məsləhətçi kimi fəaliyyət göstərmiş, 20 aprel 2010-cu ildən Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin Müasir texnologiyalar və avtomatlaşdırılmış idarəetmə sistemləri sektorunda baş məsləhətçi vəzifəsində işləmişdir.
15 fevral 2017-ci ildən Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin Müasir texnologiyalar və avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsində baş məsləhətçi vəzifəsində fəaliyyət göstərir.
DAVAMI
  • 35
Sosial şəbəkələrdə biz