Ümummilli Lider Heydər Əliyevin əziz xatirəsi yad edilib.

12 dekabr 2023-cü il tarixində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində Ümummilli Lider Heydər Əliyevin anım günü ilə bağlı tədbir keçirilib. İlk olaraq Ulu Öndərin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib. Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının maliyyə naziri vəzifələrinin müvəqqəti icraçısı, nazir müavini Həsən İsmayılov açaraq Ümummilli Lider Heydər Əliyevin siyasi fəaliyyətindən, Azərbaycanın sürətli inkişafı üçün yürütdüyü uzaqgörən siyasətindən bəhs edib. Qeyd edib ki, Ulu Öndərin Azərbaycan tarixində misilsiz xidmətləri olub. Dövlət müstəqilliyinin əldə olunması, milli dövlətçilik ənənələrimizin qorunub saxlanılması istiqamətində Ümummilli Lider Heydər Əliyevin gördüyü işlər Azərbaycan tarixində mühüm əhəmiyyət daşıyır. Sonda Ümummilli Lider Heydər Əliyevin həyatına və siyasi fəaliyyətinə həsr edilmiş film nümayiş etdirilib.
  • 76
Sosial şəbəkələrdə biz