İstehsalat təcrübəsi davam edir

  Təcrübə proqramına uyğun olaraq Maliyyə Nazirliyinin Xəzinə şöbəsinin sektor müdiri Ülvi Cəfərov  həmin şöbənin baş məsləhətçisi Bəhruz İsmayılov, Vüsal Əsədov və aparcı məsləhətçisi Elvin İbrahimov şöbənin iş fəaliyyəti haqqında məlumat verib, sonra isə Xəzinənin Tranzit Hesabına daxil olan gündəlik gəlir və xərclərinin təyinatı üzrə işlənməsinin həyata keçirilməsi və gündəlik balans hesabatının hazırlanması, büdcə təşkilatlarının xərc smetalarının işlənməsi və nəzarəti, köçürmələrin reyestrdə qeydə alınması və agent-banka təqdim olunması, dövlət büdcəsindən maliyyələşən təşkilatların sifarişi və məxaric cədvəllərinə əsasən onların xərc smetalarında nəzərdə tutulmuş vəsait həddində maliyyələşməsinin həyata keçirilməsinin təmin olunması, rayon (şəhər) üzrə maliyyə şöbələrinə XAKS-ların açılması və nəzarətinin təmin edilməsi, büdcə və büdcədənkənar smeta xərclərinin icarasına dair hesabat formalarının hazırlanması, xəzinədarlığa təqdim edilməsi və yoxalınılması, büdcə xərcləri üzrə dövlətin adından büdcə təşkilatları qarşısında öhdəliyin götürülməsi, bu öhdəliklər çərçivəsində alınmış mal, iş və xidmətlərin xəzinə uçotuna qəbul edilməsi və kassa xərclərinin aparılmasının təmin edilməsi mövzusu praktiki olaraq sənəd əsasında izah edilib,  sonda mövzu ilə bağlı tələbələrin sualları cavablandırılıb.

  • 71
Sosial şəbəkələrdə biz