20 oktyabr Zəngilan şəhəri günüdür


        Bu gün Zəngilan şəhərinin Ermənistanın işğalından azad olunmasından 3 il ötür. 2020-ci il oktyabrın 20-si Vətən müharibəsi tariximizə Zəngilan şəhərinin və ərtaf kəndlərin işğaldan azad edildiyi gün kimi yazılıb.
        Prezident İlham Əliyev Vətən müharibəsində əldə olunmuş tarixi qələbəni əbədiləşdirmək və işğaldan azad edilmiş şəhərlərin günlərini təsis etmək məqsədilə 31 iyul 2023-cü il tarixində sərəncam imzalamışdır. Sərəncama əsasən hər il işğaldan azad edilmiş ərazilərdəki şəhərlərin günləri təntənəli şəkildə qeyd olunacaq.
  • 57
Sosial şəbəkələrdə biz