“Maliyyə həftəsi” layihəsinə yekun vurulub

Maliyyə Nazirliyinin yaradılmasının 100 illiyi ilə əlaqədar Maliyyə Tədris Mərkəzi tərəfindən təşkil olunan 4 günlük “Maliyyə həftəsi” layihəsinə            9 oktyabr 2020-ci il tarixində yekun vurulub.
4 günlük “Maliyyə həftəsi” layihəsinin proqramına uyğun olaraq ilk gün Nazirlik Aparatının şöbələrinin və Nazirliyin strukturuna daxil olan bütün idarə rəhbərlərinin müvafiq strukturun fəaliyyəti və iş istiqamətləri barədə məlumat iştirakçıların diqqətinə çatdırılıb.
Layihənin növbəti günlərində iştirakçılar Maliyyə Nazirliyiniin əməkdaşları Ramil Hüseynov və Pərvin Cümşüdova tərəfindən keçirilən iki saatlıq təlimdə iştirak ediblər və şöbələrin fəaliyyəti ilə praktiki olaraq tanış olublar.Daha sonra test mərhələsi keçirilib və yüksək nəticə göstərərək uğur qazanmış iştirakçıların adları elan olunub.
Layihənin yekununda Nazirliyin Aparatının rəhbəri Tural Şirəlizadə və Maliyyə Tədris mərkəziniin direktoru Mehriban İmanova çıxış edərək tələbələrə uğurlar arzulayıb.
Sonda Layihədə uğur qazanmış tələbələrə Maliyyə Tədris Mərkəzinin sertifikatları və hədiyyələr təqdim olunub.
  • 33
Sosial şəbəkələrdə biz