Naxçıvanda “Büdcəmizi anlayaq” layihəsi çərçivəsində növbəti təlim keçirilib

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Vəli Zeynalov adına 3 nömrəli tam orta məktəbdə “Büdcəmizi anlayaq” layihəsi çərçivəsində təlim keçirilib. 30-dan çox məktəblinin iştirak etdiyi təlimdə  Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova iştirakçıları salamlamış, təlimin mahiyyəti və aktuallığı barədə məlumat vermişdir.                                 Növbəti mərhələdə “Büdcəmizi anlayaq” mövzusunda Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Büdcə şöbəsinin sektor müdiri Səkinə Qəhrəmanovanın  slaydlar vasitəsi ilə təqdimatı  olmuşdur. 3 komandanın  iştirak etdiyi təlimin interaktiv hissəsində Maliyyə Tədris Mərkəzinin baş mütəxəssisi Zəhra İsmayılova tərəfindən interaktiv oyun vasitəsi ilə şərti ailənin gəlir və xərclərinin müqayisəli təhlili aparılmışdır. Sonra məktəblilərin təqdimatı dinlənilərək səmərəli büdcə planlaşdırılması qaydaları ətrafında müzakirələr aparılmış, fəal iştirak edən komandalara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilmişdir.
Qeyd edək ki, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yaradılmasının 100 illiyi münasibətilə ilin sonuna qədər   “Büdcəmizi anlayaq” layihəsinin muxtar respublikanın digər ümumtəhsil məktəblərində də keçirilməsi nəzərdə tutulub.
  • 36
Sosial şəbəkələrdə biz