Əmlakın və öhdəliklərin inventarizasiyası qaydaları

13 noyabr 2020 – ci il tarixində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “ Əmlakın və öhdəliklərin inventarizasiyası qaydaları” adlı təlim keçirilmişdir. Maliyyə Tədris Mərkəzinin tədris zalında   keçirilən təlimə Naxçıvan Muxtar Respublikasında büdcə  təşkilatlarında maliyyə mühasibat sahəsində çalışan 12 mühasibat işçisi dəvət olunub. Təlimi giriş sözü ilə Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova açaraq iştirakçıları salamlamış , təlimin aktuallığı və mahiyyəti haqqında məlumat vermişdir.  Bir gün ərzində keçirilən təlim Maliyyə Nazirliyi Aparatının baş məsləhətçi-mühasibi Məmmədnağı Əkbərovun təqdimatında olmuşdur. Təlim zamanı iştirakçılara torpaq, tikili və avadanlıqların, debitor borclarının , sair maliyyə aktivlərinin , sair aktivlərin , ehtiyatların, pul vəsaitləri və onların ekvivalentlərinin , faiz xərcləri yaradan öhdəliklərin inventarizasiyası və digər mövzularda slaydlar vasitəsi ilə geniş məlumat vermişdir.
Təlimin sonunda fikir mübadiləsi aparılaraq təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılmışdır.
  • 16
Sosial şəbəkələrdə biz