Hüquq-mühafizə orqanlarında çalışan mühasiblər üçün təlim keçirilib

       Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində hüquq-mühafizə orqanlarında çalışan maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə “Büdcə təşkilatlarında uçot və hesabat” adlı təlim təşkil olunub.
TNaxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində hüquq-mühafizə orqanlarında çalışan maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə “Büdcə təşkilatlarında uçot və hesabat” adlı təlim təşkil olunub.əlimə 12 mütəxəssis cəlb olunub. Tədbirdə çıxış edən Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova iştirakçılara mərkəzin fəaliyyəti barədə məlumat verib. Bildirib ki, təlimin keçirilməsində məqsəd hüquq-mühafizə orqanlarında maliyyə-mühasibat işinin beynəlxalq mühasibat uçotu standartlarına əsasən aparılması, maliyyə hesabatlarının hazırlanması ilə bağlı biliklərin artırılması və daha da təkmilləşdirilməsindən ibarətdir.
Dörd moduldan ibarət olan təlimin ilk günü “Büdcə təşkilatlarında peşəkar mühasib hüququnun əldə edilməsi qaydaları” adlı təqdimat ilə Maliyyə Tədris Mərkəzinin əməkdaşı Pərviz Babayev çıxış edərək peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması qaydalarını şərh edib. “Büdcə təşkilatlarında maliyyə hesabatlarının tərtib edilməsinin nəzəri əsasları” modulu ətrafında Naxçıvan Şəhər İcra Hakimiyyətinin əməkdaşı Elvin Əlimərdanov təşkilatlarda baş vermiş əməliyyatların ikili qeydiyyatı və maliyyə bərabərliyi düsturuna təsirini əyani misallar üzərində izah edib. Növbəti gün “Büdcə təşkilatlarında maliyyə hesabatlarının tərtib edilməsinin praktiki izahı” adlı təlim zamanı maliyyə hesabatlarının beynəlxalq standartlara uyğun şəkildə tərtib edilməsi üzərində praktiki iş aparılıb.
Gündəliyə uyğun olaraq son gün “Büdcə təşkilatlarında aktivlərlə bağlı əməliyyatların uçotu və maliyyə hesabatlarında əks etdirilməsi” modulu üzrə Naxçıvan Muxtar Respublikasının Turizm Departamentinin əməkdaşı Arzuman İmanov tərəfindən iştirakçılara aktivlərin təsnifatının düzgün aparılması ilə bağlı məlumat verilib, onların qiymətləndirmə metodları slaydlar vasitəsilə izah edilib, təşkilatda baş verən müxtəlif əməliyyatlar zamanı aktivlərin uçotda əks etdirilməsi qaydaları praktiki olaraq iştirakçılara çatdırılıb.
Peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi mərhələsindən sonra dinləyicilərə Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim olunub.
  • 50
Sosial şəbəkələrdə biz