Mənzil və kommunal təsərrüfatı müəssisələri üçün təşkil olunmuş təlimlərə yekun vurulub

24-25 iyun 2021-ci il tarixlərində Maliyyə Tədris Mərkəzində “Mənzil və kommunal təsərrüfatı müəssisələrində əməkhaqqı cədvəllərinin elektron tərtibi sistemi” adlı iki günlük təlim keçirilib. Təlimə mənzil və kommunal müəssisələrinin maliyyə və mühasibatlıq sahəsində çalışan 30 nəfər işçi cəlb edilib.
Tədbiri giriş sözü ilə Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova açaraq iştirakçılara təlimin məqsədi və əhəmiyyəti barədə məlumat verib.
Təlimin ilk günü Maliyyə Nazirliyinin əməkdaşı Vüsal Məmmədov Nazirlikdə yeni qurulmuş “Mənzil və kommunal müəssisələrin əməkhaqqı cədvəllərinin elektron tərtibi sistemi” haqqında təlim iştirakçılarına ətraflı və praktiki izah verib. Təlimçi bildirib ki, cari ilin iyul ayından etibarən muxtar respublikanın mənzil və kommunal müəssisələri əməkhaqqı cədvəllərini yeni yaradılan sistemlə elektron qaydada hazırlamalı və xəzinədarlığa təqdim etməlidirlər.
Təlimdə nazirliyin şöbə müdiri Vüsal Əsədov yeni yaradılmış sistemin gələcəkdə daha da təkmilləşdirilməsinin nəzərdə tutulduğunu bildirib.
Nazirliyin müvafiq sahə üzrə şöbə müdiri Ağəli Novruzov və şöbənin əməkdaşı Qənbər Xudiyev tərəfindən isə təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılib və vurğulanıb ki, yaradılmış yeni sistem maliyyə sənədlərinin emalı, elektron qaydada təqdim edilməsi və beləliklə müəssisələrin işində operativliyin əldə olunmasına şərait yaradır.
Təlimin sonunda iştirakçıların sualları cavablandırılıb, rəy və təklifləri dinlənilib.
  • 46
Sosial şəbəkələrdə biz