MALİYYƏ TƏDRİS MƏRKƏZİ ƏMƏKDAŞLIQLARINI GENİŞLƏNDİRİR

Təlimdə büdcə təşkilatlarında çalışan 13 mütəxəssis iştirak edib.
Təlimi giriş sözü ilə açan  Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova  Mərkəzin fəaliyyəti haqqında məlumat verib, təlimin keçirilməsinin zəruriliyi və mahiyyəti barədə danışıb. Bildirib ki, qloballaşan dünya iqtisadiyyatında yaranmış vəziyyət maliyyə resurslarından səmərəli istifadə olunması, idarəetmə sistemində və bütövlükdə sosial-iqtisadi həyatda şəffaflığın yüksəldilməsini tələb edir. Bu tələblərə cavab vermək üçün mühasiblərin və maliyyə mütəxəssislərinin Maliyyə Hesabatlarının Beynəlxalq Standartları üzrə biliklərinin artırılması və beynəlxalq təcrübənin öyrənilməsi  qarşıda duran əsas vəzifə sayılır.  İstər ölkə daxili, istərsə də beynəlxalq səviyyədə ikitərəfli əmkdaşlıqların möhkəmləndirilməsi bu vəzifələrin daha səmərəli yerinə yetirilməsi üçün xüsusi əhəmiyyət daşıyır. Bu baxımdan Azərbaycan Respublikası Maliyyə Nazirliyinin yanında Maliyyə Elm-Tədris Mərkəzi ilə qarşılıqlı əməkdaşlığın tədris və təlim proseslərinin yeni dövrün tələblərinə uyğun qurulması,  mütəxəssislərin təlim proseslərinə cəlb edilməsi, təcrübə mübadiləsinin aparılması  və müxtəlif layihələrin həyata keçirilməsi istiqamətində faydalı olacağı qeyd edilib.
Dörd moduldan ibarət olan təlimdə peşəkar mühasib sertifikatının verilməsi prosesinin təşkili, imtahanların keçirilməsi və peşəkar mühasib sertifikatı almış şəxslərin dövlət reyestrinin aparılması qaydaları, büdcə təşkilatlarında baş verən müxtəlif əməliyyatların memorial order forması əsasında sintetik uçotunun aparılması, əsas fondların və qeyri-maddi aktivlərin  amortizasiyasının uçotu, təmir məsrəfləri, aktiv və öhdəliklərin inventarizasiyasının mühasibat uçotunda əks etdirilməsi qaydaları, həmçinin Mühasibat Uçotunun Beynəlxalq Standartlarına əsasən maliyyə hesabatlarının tərtib və təqdim edilməsi həm nəzəri, həm də praktiki olaraq izah edilib.
Peşəkarlıq səviyyəsinin qiymətləndirilməsi mərhələsindən sonra dinləyicilərə Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim olunub.
  • 27
Sosial şəbəkələrdə biz