Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində 2020-ci ildə görülən işlər və qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib


Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində keçirilən kollegiya iclasını Maliyyə naziri Rafael Əliyev açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin 2020-ci ildə gəlirləri 113 milyon 200 min manat təyinata qarşı 116 milyon 718 min 58manat və ya 103,1 faiz icra olunmaqla, büdcəyə 3 milyon 518 min 58 manat artıq vəsait daxi lolub. 
DAVAMI
  • 129

Maliyyə Tədris Mərkəzi Maliyyə Savadlılığı üzrə təlimçilərin illik yığıncaq konfransında iştirak edib



Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin kollektivi 22 dekabr 2020-ci il tarixində Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan regionlarinda dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMİRRA) layihəsi çərçivəsində həyata keçirilən “Böhran dövründə maliyyə dayanıqlılığının artırılması” mövzusunda təşkil edilən Maliyyə savadlılığı üzrə təlimçilərin İllik yığıncaq konfransında iştirak ediblər. Yığıncağı giriş sözü ilə Azərbaycan Mikromaliyyə Assosiasiyasının İctimai Birliyinin (AMFA) icraçı direktoru Jalə Hacıyeva açaraq layihə haqqında geniş məlumat verib.
DAVAMI
  • 114

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi-100



 Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yaradılmasının 100 illiyi qeyd olunub.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri Rəfael Əliyev bildirib ki, 100 il bundan əvvəl  Naxçıvan İnqilab Komitəsinin 10 oktyabr 1920-ci il tarixli qərarı ilə Maliyyə Şöbəsi yaradılıb. Bununla da maliyyə sisteminin dövlət tərəfindən tənzimlənməsinin əsası qoyulub.  Sonradan müxtəlif adlarla fəaliyyət göstərən qurum Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1 may 2001-ci il tarixli Fərmanına əsasən  Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi adlandırılıb.
DAVAMI
  • 185

“Maliyyəçi” jurnalının təqdimatı keçirilib.


Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi yarandığı gündən etibarən muxtar respublikada fəaliyyət göstərən maliyyə - mühasibatlıq sahəsində çalışan işçilər üçün təlimlər, müsabiqələr təşkil edir, tədris vəsaitləri, buklet və braşuralar çap etdirir.Maliyyə Nazirliyinin yaradılmasının 100 illik yubileyinə töhfə olaraq Mərkəzin əməkdaşları tərəfindən bir ilkə imza atılmış, rüblük “Maliyyəçi” elmi-praktiki və əyləncəli jurnalın dərc edilməsinə nail olunmuşdur. 5 noyabr 2020-ci il tarixində Nazirliyin strukturunda fəaliyyət göstərən şöbə, idarə müdirləri və digər əməkdaşların iştirakı ilə jurnalın təqdimatı keçirilib.
DAVAMI
  • 115

Maliyyə Tədris Mərkəsinin direktoru Beynəlxalq Konfransda iştirak etmişdir.




Turizm Akademikləri Dərnəyi (TUADER) tərəfindən Türkiyənin qabaqcıl universitetlərinin dəstəyi, dünya miqyasında tanınmış turizm alimləri ilə birlikdə təşkil olunmuş ”Daha yaxşı dünya üçün turizm” adlı beynəlxalq konfransın 2-5 sentyabr tarixlərdə onlayn olaraq keçirilməsi nəzərdə tutulub. Konfransın keçirilməsində məqsəd dünya ölkələrində turizmin inkişafının qiymətləndirilməsi, pandemiya dövründə turizm sektorunun dəyərləndirilməsi, turizm məhsullarının markalanmasına təsir edən faktorlar və digər qlobal problemlərin müzakirə olunmasıdır.
DAVAMI
  • 75

Maliyyə Tədris Mərkəzinin direktoru onlayn beynəlxalq konfransda iştirak edib

14 avqust 2020-ci il tarixində Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Bilik Fondu və AMEA Naxçıvan Bölməsinin təşkilatçılığı ilə “Naxçıvan Muxtar Respublikası - Dayanıqlı inkişaf, uğurlar, perspektivlər” mövzusunda onlayn beynəlxalq konfrans keçirilib. Proqrama uyğun olaraq konfransı giriş sözü ilə Naxçıvan Muxtar Respublikası Ali Məclisi Aparatının Humanitar siyasət məsələləri və ictimai təşkilatlarla iş şöbəsinin müdiri Surə Seyid açaraq qonaqları salamlayıb
DAVAMI
  • 75
Sosial şəbəkələrdə biz