Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində 2020-ci ildə görülən işlər və qarşıda duran vəzifələrə dair kollegiya iclası keçirilib

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində keçirilən kollegiya iclasını Maliyyə naziri Rafael Əliyev açaraq bildirib ki, Naxçıvan Muxtar Respublikası dövlət büdcəsinin 2020-ci ildə gəlirləri 113 milyon 200 min manat təyinata qarşı 116 milyon 718 min 58manat və ya 103,1 faiz icra olunmaqla, büdcəyə 3 milyon 518 min 58 manat artıq vəsait daxil olub. Ötən ildə büdcə gəlirlərinin 76 faizi vəya 88 milyon 685 min 886 manatı Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin, 21,4 faizi və ya 24 milyon 956 min 167 manatı Dövlət Gömrük Komitəsinin xətti ilə toplanılıb, 2,3 faizi və ya 2 milyon 740 min 408 manatı büdcə təşkilatlarının ödənişli xidmətlərindən, 0,3 faizi və ya 335 min 597 manatı isə digər mənbələr hesabına daxil olub. Dövlət büdcəsinin xərcləri isə 540 milyon 993 min 222 manat təyinata qarşı 538 milyon 916 min 476 manat və ya 99,6 faizicra olunub. Vurğulanıb ki, Naxçıvan Muxtar Respublikasının 2021-ci il dövlət büdcəsinin gəlirləri 128 milyon 400 min manat proqnozlaşdırılır ki, bu da 2020-ci ilin büdcəsi ilə müqayisədə 15 milyon 200 min manat və ya13,4 faiz çoxdur. Dövlət büdcəsinin xərcləriisə 506 milyon 531 min manat məbləğində proqnozlaşdırılır. Dövlət büdcəsində sosial yönlü xərclərin xüsusi çəkisi 71 faiz səviyyəsində və ya 359 milyon 825 min 809 manat məbləğində nəzərdə tutulur ki, bu da 2020-ciillə müqayisədə 5,8 faiz və ya 19 milyon 916min 182 manat çoxdur. Sonra çıxışlar dinlənilib.
  • 35
Sosial şəbəkələrdə biz