“Gələcək üçün maliyyə” layihəsi çərçivəsində təlimlər davam edir
Ölkəmizdə, eləcə də muxtar respublikada uğurla həyata keçirilən dövlət gənclər siyasəti və bu sahədə görülən ardıcıl tədbirlər öz davamiyyətini qorumaqdadır. Bu gün muxtar respublikada gənclərin asudə vaxtının səmərəli təşkili, intellektual inkişafının təmin edilməsi, onların gələcəyin əsl vətəndaşı kimi yetişdirilməsi üçün hər cür şərait yaradılıb. Gənclər üçün belə tədbirlərin təşkil olunması isə artıq ənənə halını alıb. Belə tədbirlərin davamı olaraq 4 avqust 2021-ci il tarixində icrası Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən həyata keçirilən növbəti “Gələcək üçün maliyyə” adlı təlim keçirilib. 50-dən çox tələbənin cəlb olunduğu təlimdə Naxçıvan Tibb Kollecinin, Naxçıvan Dövlət Texniki Kollecinin, Naxçıvan Musiqi Kollecinin və könüllü tələbələr iştirak edib. Ağbulaq İstirahət Mərkəzinin iclas zalında keçirilən təlimin məqsədi tələbələr arasında maliyyə savadlılığını təşviq etmək, pul, gəlir, qənaət, xərc, investisiya, büdcə kimi konseptlər haqqında biliklərə yiyələnməkdir. Əvvəlcə Maliyyə Tədris Mərkəzinin əməkdaşı layihə barədə ətraflı məlumat verib, əhəmiyyəti və aktuallığı barədə danışıb.