Naxçıvanda “Büdcəmizi anlayaq” layihəsi çərçivəsində növbəti təlim keçirilib

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə Naxçıvan şəhərindəki Vəli Zeynalov adına 3 nömrəli tam orta məktəbdə “Büdcəmizi anlayaq” layihəsi çərçivəsində təlim keçirilib. 30-dan çox məktəblinin iştirak etdiyi təlimdə  Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova iştirakçıları salamlamış, təlimin mahiyyəti və aktuallığı barədə məlumat vermişdir.                                 
DAVAMI
  • 36

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi-100


 Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yaradılmasının 100 illiyi qeyd olunub.
Bu münasibətlə keçirilən tədbirdə Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri Rəfael Əliyev bildirib ki, 100 il bundan əvvəl  Naxçıvan İnqilab Komitəsinin 10 oktyabr 1920-ci il tarixli qərarı ilə Maliyyə Şöbəsi yaradılıb. Bununla da maliyyə sisteminin dövlət tərəfindən tənzimlənməsinin əsası qoyulub.  Sonradan müxtəlif adlarla fəaliyyət göstərən qurum Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 1 may 2001-ci il tarixli Fərmanına əsasən  Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi adlandırılıb.
---
DAVAMI
  • 46

Naxçıvanda “Maliyyə həftəsi” layihəsi çərçivəsində təlimlərə start verilib


Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin yaradılmasının 100 illiyi ilə əlaqədar Maliyyə Tədris Mərkəzi tərəfindən təşkil olunan “Maliyyə həftəsi” layihəsinə start verilib.
 Layihənin ilkin mərhələsində mərkəzin əməkdaşları təhsil müəssisələrində olaraq layihə haqqında məlumat veriblər. Könüllü olaraq qeydiyyatdan keçmiş 43 tələbə Maliyyə Nazirliyinə dəvət edilib. Onlar təlimə cəlb olunublar. Təlimin sonunda isə test mərhələsi keçirilib. Test mərhələsinin sonunda hər təhsil müəssisəsindən ən yüksək nəticə göstərən 25 tələbə layihəyə cəlb olunub.
DAVAMI
  • 32
Sosial şəbəkələrdə biz