Mühasiblər və tələbələr arasında III muxtar respublika müsabiqəsi keçirilib - FOTO Mühasiblər və tələbələr arasında III muxtar respublika müsabiqəsi keçirilib


Naxçıvan Muxtar Respublikasının  Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən  Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Yeni dövrün ən yaxşı mühasibi” III muxtar respublika müsabiqəsi keçirilib.
Müsabiqədə muxtar respublikanın müəssisə və təşkilatlarında çalışan maliyyə-mühasibat işçiləri, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, bu sahəyə marağı olan digər şəxslər də daxil olmaqla, onlayn qeydiyyatdan keçmiş 48 nəfər iştirak edib.
DAVAMI
  • 168

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib



Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda davamlı inkişafın təmin edilməsində maliyyə siyasətinin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsinin önünə gül dəstələri qoyulub, Heydər Əliyev Muzeyi ziyarət edilib.
Naxçıvan Biznes Mərkəzində keçirilən tədbirdə nazirliyin əməkdaşları ilə yanaşı, müvafiq ixtisaslarda təhsil alan tələbələr, Türkiyə Respublikası və ölkəmizdən tədbirə onlayn qoşulan iqtisadçı alimlər də iştirak ediblər. Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının və qardaş Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirələri bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
DAVAMI
  • 167
Sosial şəbəkələrdə biz