Maliyyə və mühasibat uçotu sahəsində çalışan işçilər üçün təlim keçirilib

13 avqust tarixində start verilmiş təlimin davamı olaraq bu günkü təlimə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan təşkilatların maliyyə və mühasibat uçotu sahəsində çalışan 11 nəfər işçisi cəlb olunub. Təlim Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin Tədris zalında iki moduldan ibarət olmaqla iki gün müddətində keçiriləcək. Təlimin əsas məqsədi mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsindən ibarətdir.
DAVAMI
  • 55

Maliyyə Tədris Mərkəzində xəzinədarlıq əməliyyatları üzrə sənədlərin elektron tərtibi sistemi ilə bağlı təlimlər davam edir

Avqustun 19-da start verilən təlimlərin davamı olaraq 26 avqust 2020-ci il tarixində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Xəzinədarlıq əməliyyatları üzrə sənədlərin elektron tərtibi sistemi” ilə bağlı növbəti təlim keçirilib.
Dövlət büdcəsindən maliyyələşən müxtəlif təşkilatlardan 12 mütəxəssisin iştirak etdiyi təlimdə Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova çıxış edərək iştirakçılara təlimin məqsədi və əhəmiyyəti barədə məlumat verib
DAVAMI
  • 53

NAXÇIVAN MUXTAR RESPUBLİKASI NAZİRLƏR KABİNETİNİN Q Ə R A R I


"Naxçıvan Muxtar Respublikasında dövlət qulluğu vəzifələri
üzrə test imtahanından keçmək barədə Sertifikatın
Forması"nın təsdiq edilməsi haqqında

"Dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması"nın təsdiq edilməsi haqqında" Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2017-ci il 10 mart tarixli 87 nömrəli qərarına uyğun olaraq Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti qərara alır:
"Naxçıvan Muxtar Respublikasında dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması" təsdiq edilsin (əlavə olunur).
 
Naxçıvan Muxtar Respublikasının
                 Baş naziri:                                                 Ə.Baxşıyev
27 may 2017-ci il
№ 49

 


Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin
2017-ci il 27 may tarixli 49 nömrəli qərarı ilə
təsdiq edilmişdir


Naxçıvan Muxtar Respublikasında dövlət qulluğu
vəzifələri üzrə test imtahanından keçmək barədə
S E R T İ F İ K A T I N    F O R M A S I
1. Qanunvericiliyə əsasən test imtahanından müəyyən edilmiş keçid balını toplayan şəxsə Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya (bundan sonra – Komissiya) tərəfindən inzibati və yardımçı vəzifələrin təsnifat toplusuna uyğun olaraq dövlət qulluğunun müvafiq inzibati vəzifəsi üzrə test imtahanından keçdiyini təsdiq edən Sertifikat (bundan sonra – Sertifikat) verilir. Şəxs dövlət qulluğu vəzifələri üzrə bir neçə Sertifikat ala bilər.
2. Sertifikatın verilməsi üçün inzibati və yardımçı vəzifələr A, B, C və D A və B növləri üzrə aşağıdakı qruplara bölünür:
2.1. A növü - inzibati rəhbər (idarəetmə) vəzifələr üzrə:
2.1.1. AA qrupu;
2.1.2. AB qrupu;
2.1.3. AC qrupu;
2.2. B növü - inzibati icraçı vəzifələr üzrə:
2.2.1. BA qrupu;
2.2.2. BB qrupu;
2.3. C növü - yardımçı kargüzarlıq vəzifələri üzrə:
2.3.1. CA qrupu;
2.4. D növü - yardımçı texniki vəzifələr üzrə:
2.4.1. DA qrupu.
3. A, B, C və D
 A və B növünə daxil olan qruplar inzibati və yardımçı vəzifələrin təsnifatına uyğun olaraq, bu Formanın əlavəsində göstərilən altqruplara bölünür. Sertifikatlar altqruplara daxil olan vəzifələrə uyğun olaraq verilir.
4. Vəzifələrin müvafiq altqrupu üzrə Sertifikata malik olan şəxs Sertifikatda nəzərdə tutulmuş vəzifə, habelə həmin altqrupun aid olduğu qrup daxilində daha aşağı altqruplara uyğun olan vəzifə üzrə keçirilən müsahibələrdə iştirak edə bilər.
5. Sertifikat xüsusi mühafizə nişanları olan blankda tərtib edilir. Blank A 4 formatdadır.
6. Sertifikatda aşağıdakılar göstərilir:
6.1. Sertifikatın yuxarı hissəsində Dövlət gerbinin rəngli təsviri;
6.2. Dövlət gerbinin altında birinci sətirdə "Naxçıvan Muxtar Respublikası Ali Məclisinin Sədri yanında Dövlət Qulluğu Məsələləri üzrə Komissiya", ikinci sətirdə "Dövlət qulluğu vəzifəsi üzrə test imtahanını keçməyi təsdiq edən" sözləri, üçüncü sətirdə "Sertifikat" sözü;
6.3. "Sertifikat" sözünün qarşısında Sertifikatın qeydiyyat nömrəsi;
6.4. Sertifikat sahibinin Fərdi İdentifikasiya Nömrəsi, soyadı, adı və atasının adı;
6.5. imtahan nəticələri (sualların sayı, toplanması mümkün olan maksimal bal, imtahanda toplanılan bal və imtahan nəticələrinə dair digər məlumatlar);
6.6. Sertifikatın müsahibədə iştirak etmək hüququ verdiyi vəzifə (növü, təsnifatı, qrupu və altqrupu);
6.7. aşağıdakı məzmunda Qeyd:
"Qeyd. Bu Sertifikat qanunvericiliklə və vəzifə təlimatları ilə müəyyən edilmiş tələb və şərtlərə cavab verən Azərbaycan Respublikasının vətəndaşına "Naxçıvan Muxtar Respublikasında dövlət qulluğu vəzifələri üzrə test imtahanından keçmək barədə Sertifikatın Forması"nın təsdiq edilməsi haqqında" Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin 2017-ci il 27 may tarixli 49 nömrəli qərarında nəzərdə tutulmuş qrup və altqruplara aid vəzifələr üzrə müsahibədə iştirak etmək hüququ verir.";
6.8. Sertifikatın verilməsi barədə Komissiyanın qərarı (qərarın nömrəsi, tarixi və Sertifikatın etibarlılıq müddəti);
6.9. Komissiyanın sədrinin adı, soyadı, imzası və möhür.
7. Sertifikat blankının nümunəsi Komissiya tərəfindən müəyyən edilir.
8. Sertifikat namizəddə saxlanılır. Sertifikat yalnız şəxsiyyəti təsdiq edən sənədlə birgə təqdim edildikdə etibarlıdır.
9. Sertifikat əvvəlki nömrəsi saxlanılmaqla aşağıdakı hallarda dəyişdirilə bilər:
9.1. namizədin soyadı, adı, atasının adı dəyişdikdə;
9.2. Sertifikatda yazılan məlumatlarda yanlışlıq və ya səhv aşkar edildikdə;
9.3. Sertifikat yararsız hala düşdükdə.
10. Sertifikat itirildikdə onun dublikatı verilir.
11. Komissiya dövlət qulluğu vəzifələri üzrə verdiyi sertifikatların uçotunu aparır.
"Naxçıvan Muxtar Respublikasında
dövlət qulluğu vəzifələri üzrə test
imtahanından keçmək barədə
Sertifikatın Forması"na əlavə

 
Dövlət qulluğu vəzifələri üzrə Sertifikatın verilməsi üçün inzibati
yardımçı
 vəzifələrin növləri, qrupları və altqrupları
 
Vəzifə növüVəzifə qrupuVəzifə altqrupuAltqrupa daxil olan vəzifələr
1234
AAAAA2inzibati vəzifələrin 2-ci təsnifatı üzrə:
dövlət orqanlarında aparat rəhbəri.
AA4inzibati vəzifələrin 3-cü təsnifatı üzrə:
dövlət orqanlarında aparat rəhbərinin müavini;
şöbə müdiri.
ABAB1inzibati vəzifələrin 4-cü təsnifatı üzrə:
sektor müdiri.
AB2inzibati vəzifələrin 4-cü təsnifatı üzrə:
şöbə müdirinin müavini.
AB3inzibati vəzifələrin 5-ci təsnifatı üzrə:
sektor müdiri;
şöbə müdiri;
mərkəzi icra hakimiyyəti orqanlarında aparat rəhbəri.
fondun icraçı direktoru;
dövlət orqanı rəhbərinin köməkçisi.
AB4inzibati vəzifələrin 5-ci təsnifatı üzrə:
şöbə müdirinin müavini.
mərkəzi icra hakimiyyəti orqanı rəhbərinin köməkçisi;
Azərbaycan Respublikasının mərkəzi icra hakimiyyəti orqanlarının Naxçıvan Muxtar Respublikası üzrə idarələrinin rəhbərləri və müavinləri.
ACAC1inzibati vəzifələrin 5-ci təsnifatı üzrə:
mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin rəhbərləri;
mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərləri;
mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətlərinin rəhbərləri.
AC2inzibati vəzifələrin 6-cı təsnifatı üzrə:
şöbə müdiri;
sektor müdiri;
mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələrinin rəhbərləri;
mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətlərinin yerli bölmələrinin rəhbərləri.
AC3inzibati vəzifələrin 6-cı təsnifatı üzrə:
mərkəzi icra hakimiyyəti orqanlarının yerli bölmələrinin rəhbərlərinin müavinləri;
mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların yerli bölmələrinin rəhbərlərinin müavinləri;
mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətlərinin yerli bölmələrinin rəhbərləri.nin müavinləri;
şöbə müdirinin müavini;
mərkəzi icra hakimiyyəti orqanlarının yanında, tabeliyində olan orqanların rəhbərlərinin müavinləri;
mərkəzi icra hakimiyyəti orqanlarının yanında yaradılan dövlət agentlikləri və dövlət xidmətlərinin rəhbərlərinin müavinləri.
AC4inzibati vəzifələrin 7-ci təsnifatı üzrə:
sektor müdiri.
yerli icra hakimiyyəti başçısının inzibati ərazi dairəsi üzrə və sahə inzibati ərazi dairəsi üzrə nümayəndəsi, onun müavini;
dövlət orqanı rəhbərinin köməkçisi.
BBABA1inzibati vəzifələrin 4-cü təsnifatı üzrə: baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi.
BA2inzibati vəzifələrin 4-cü təsnifatı üzrə: aparıcı məsləhətçi; məsləhətçi.
BA3inzibati vəzifələrin 5-ci təsnifatı üzrə: baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi.
BA4inzibati vəzifələrin 5-ci təsnifatı üzrə: aparıcı məsləhətçi; məsləhətçi; hakim köməkçisi; məhkəmə iclasının katibi.
BBBB1inzibati vəzifələrin 6-cı təsnifatı üzrə: baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi.
BB2inzibati vəzifələrin 6-cı təsnifatı üzrə: aparıcı məsləhətçi; məsləhətçi; hakim köməkçisi; məhkəmə iclasının katibi.
BB3inzibati vəzifələrin 7-ci təsnifatı üzrə: baş məsləhətçi; baş mühasib; böyük məsləhətçi.
BB4inzibati vəzifələrin 7-ci təsnifatı üzrə: aparıcı məsləhətçi; məsləhətçi; hakim köməkçisi;  məhkəmə iclasının katibi.
CCACA3yardımçı vəzifələrin 3-cü təsnifatına aid kargüzarlıq tipli vəzifələr (katibə, kargüzar və s.)
CA4yardımçı vəzifələrin 4-cü təsnifatına aid kargüzarlıq tipli vəzifələr (katibə, kargüzar və s.)
DDADA3yardımçı vəzifələrin 3-cü təsnifatına aid texniki vəzifələr (sürücü, liftçi və s.)
DA4yardımçı vəzifələrin 4-cü təsnifatına aid texniki vəzifələr(sürücü, liftçi və s.)

DAVAMI
  • 42

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi haqqında Əsasnamə

I. Ümumi müddəalar
1.1. Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi (bundan sonra - Mərkəz) Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2018-ci il 10 fevral tarixli 220-05/S nömrəli Sərəncamı ilə yaradılmışdır. Mərkəz maliyyə və mühasibat işi sahəsində işləyənlərin peşə hazırlığının təkmilləşdirilməsini təmin edən qurumdur.
1.2. Mərkəz öz fəaliyyətində Azərbaycan Respublikasının və Naxçıvan Muxtar Respublikasının konstitusiyalarını və qanunlarını, Azərbaycan Respublikası Prezidentinin və Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin fərman və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin və Naxçıvan Muxtar Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin Əsasnaməsini və bu Əsasnaməni rəhbər tutur.
1.3. Mərkəz bu Əsasnamədə nəzərdə tutulan vəzifə və hüquqları həyata keçirərkən Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin (bundan sonra-Nazirlik) aparatı, Nazirliyin strukturuna daxil olan yerli bölmələri, mərkəzi və yerli icra hakimiyyəti orqanları, yerli özünüidarəetmə orqanları, elm və təhsil qurumları ilə qarşılıqlı əlaqədə fəaliyyət göstərir.
1.4. Mərkəz müstəqil balansa, qanunvericiliyə uyğun sərəncamında olan dövlət əmlakına, bank hesablarına, üzərində Dövlət gerbinin təsviri və öz adı əks olunmuş möhürə, müvafiq ştamp və blanka malikdir.
1.5. Mərkəzin saxlanma xərcləri və fəaliyyəti dövlət büdcəsinin vəsaiti və qanunvericiliklə nəzərdə tutulan digər mənbələr hesabına maliyyələşdirilir.
1.6. Mərkəz Naxçıvan şəhərində yerləşir.
II. Mərkəzin fəaliyyət istiqamətləri
2.1. Mərkəzin fəaliyyət istiqamətləri aşağıdakılardır:
2.1.1. maliyyə və mühasibat işçilərinin peşə hazırlığının təkmilləşdirilməsini və yenidən hazırlanmasını həyata keçirir;
2.1.2. dövlət büdcəsindən maliyyələşən təşkilatlarda çalışan mühasibat işçiləri tərəfindən Büdcə Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları əsasında mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib edilməsinə dair biliklərin əldə olunması üzrə təlimlər təşkil edir və onları müvafiq sertifikatla təmin edir;
2.1.3. Naxçıvan Muxtar Respublikasında fəaliyyət göstərən sahibkarlıq subyektlərində işləyən mühasibat işçiləri tərəfindən Maliyyə Hesabatlarının Beynəlxalq Standartları, İctimai Sektor üçün Milli Mühasibat Uçotunun Beynəlxalq Standartları,
Kommersiya Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları və Qeyri-Hökumət Təşkilatları üçün Milli Mühasibat Uçotu Standartları əsasında mühasibat uçotunun aparılması və maliyyə hesabatlarının tərtib edilməsinə dair biliklərin əldə olunması üzrə təlimlər təşkil edir və onları müvafiq sertifikatla təmin edir;
2.1.4. qanunvericiliklə müəyyən edilmiş digər istiqamətlərdə fəaliyyət göstərir.
III. Mərkəzin vəzifələri
3.1. Mərkəz bu Əsasnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq aşağıdakı vəzifələri yerinə yetirir:
3.1.1. Nazirliyin aparatının, onun strukturuna daxil olan yerli bölmələrinin və tabeliyində olan digər qurumların işçilərinin (bundan sonra - Mərkəzin dinləyiciləri) peşə hazırlığının təkmilləşdirilməsi, ixtisaslarının artırılması və yenidən hazırlanması işini təşkil etmək və həyata keçirmək;
3.1.2. təhsilin yekunlarına görə dinləyicilərin peşəkar biliklərini və işgüzar keyfiyyətlərini qiymətləndirmək;
3.1.3. mühasibatlıq işinin qurulması məsələlərinin dinləyicilər tərəfindən daha dərindən öyrənilməsini və yeni idarəetmə vərdişlərinin aşılanmasını təşkil etmək;
3.1.4. tədris prosesini mövcud normativlərə, təsdiq olunmuş qaydalara tam əməl edilməsi şərti ilə həyata keçirmək;
3.1.5. tədris planlarını işləyib hazırlamaq və razılaşdırmaq üçün Nazirliyə təqdim etmək;
3.1.6. bu sahədə mövcud olan qabaqcıl təcrübəni və elmi-praktik nailiyyətləri öyrənmək və tətbiq etmək;
3.1.7. fəaliyyət prosesində elektron-hesablama texnikasından, müasir elmi-texniki informasiyadan səmərəli istifadəni təmin etmək;
3.1.8. təlimin keyfiyyətini yaxşılaşdırmaq, əldə edilən bilikləri və vərdişləri konkret məsələlərin praktiki həllinə istiqamətləndirmək;
3.1.9. tədris plan və proqramlarını, elmi-metodiki sənəd və tədris vəsaitlərini nəşr etdirmək;
3.1.10. tədris prosesinə ixtisaslı kadrları, alimləri, elm və təhsil müəssisələrinin mütəxəssislərini cəlb etmək;
3.1.11. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər vəzifələri yerinə yetirmək.
IV. Mərkəzin hüquqları
4.1. Mərkəz öz vəzifələrini yerinə yetirmək üçün aşağıdakı hüquqlara malikdir.
4.1.1. müstəqil ekspertləri və mütəxəssisləri öz fəaliyyətinə cəlb etmək;
4.1.2. qanunvericiliklə müəyyən edilmiş qaydada dövlət büdcəsində Mərkəz üzrə nəzərdə tutulmuş vəsaitlər dairəsində bülletenlər buraxmaq, internet səhifəsini yaratmaq və ondan istifadə etmək;
4.1.3. başqa təşkilatlarla, o cümlədən alim və mütəxəssislərlə informasiya mübadiləsi aparmaq;
4.1.4. dövlət büdcəsindən maliyyələşən təşkilatların, habelə digər dövlət idarə və müəssisələrinin maliyyə və mühasibat işçilərini tədrisə cəlb etmək;
4.1.5. öz profili üzrə tədris metodiki konfranslar və seminarlar təşkil etmək;
4.1.6. öz işçilərinin peşə hazırlığının və ixtisas keyfiyyətlərinin artırılması məqsədilə tədbirlər görmək, o cümlədən onların yerli və beynəlxalq səviyyədə keçirilən təlim kurslarında, seminarlarda, konfranslarda və digər bu kimi tədbirlərdə iştirakını təmin etmək, təcrübə keçmək üçün onları aparıcı təhsil və elmi-tədqiqat idarə və təşkilatlarına, dövlət hakimiyyəti orqanlarına göndərmək;
4.1.7. Mərkəzdə dinləyicilərin ixtisasartırmasına dair təsdiq edilmiş tədris planına mane olmamaq şərti ilə müqavilə əsasında müxtəlif sahələrdə çalışan mütəxəssislərin ixtisasartırması üçün ödənişli əlavə qruplar yaratmaq;
4.1.8. fəaliyyət istiqamətlərinə uyğun olaraq qanunvericiliklə nəzərdə tutulmuş digər hüquqları həyata keçirmək.
V. Mərkəzin fəaliyyətinin təşkili
5.1. Mərkəzə Naxçıvan Muxtar Respublikasının maliyyə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilən direktor rəhbərlik edir.
Mərkəzin işçiləri Mərkəzin direktorunun təqdimatına əsasən Naxçıvan Muxtar Respublikasının maliyyə naziri tərəfindən vəzifəyə təyin və vəzifədən azad edilirlər.
5.2. Mərkəzin direktoru və işçiləri onlara həvalə olunmuş öhdəliklərin və əmək funksiyalarının yerinə yetirilməsinə görə mövcud qanunvericiliyə uyğun olaraq məsuliyyət daşıyırlar.
5.3. Mərkəzin direktoru:
5.3.1. Mərkəzin fəaliyyətini təşkil edir və ona rəhbərlik edir;
5.3.2. müəyyən edilmiş əməyin ödənilməsi fondu və işçilərin say həddi daxilində Mərkəzin ştat cədvəlini və ayrılmış büdcə təxsisatı daxilində xərclər smetasını təsdiq edilmək üçün Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinə təqdim edir;
5.3.3. Mərkəzin xərclər smetasına uyğun olaraq dövlət büdcəsindən ayrılan vəsaitin istifadəsinə sərəncam verir;
5.3.4. tabeliyində olan işçilərə səlahiyyətləri daxilində icrası məcburi olan əmr və göstərişlər verir;
5.3.5. ştatdankənar işçiləri müqavilə əsasında Mərkəzin işinə cəlb edir;
5.3.6. bütün dövlət orqanları, yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslərlə münasibətlərdə Mərkəzi vəkalətnaməsiz təmsil edir;
5.3.7. qanunvericiliyə uyğun olaraq digər səlahiyyətləri həyata keçirir.
5.4. Mərkəz qanunvericiliklə müəyyən olunmuş qaydada yenidən təşkil
oluna və ləğv edilə bilər.
VI. Mərkəzdə tədrisin təşkili
6.1. Maliyyə işçilərinin tədrisə cəlb edilməsi Nazirlik tərəfindən təsdiq edilmiş qrafik əsasında mərkəzin direktorunun əmri ilə həyata keçirilir.
6.2. Mərkəzdə qrupların komplektləşdirilməsi dinləyicilərin iş profili və vəzifəsi nəzərə alınmaqla aparılır. Bundan asılı olaraq Mərkəzdə müxtəlif təlim müddətli qruplar təşkil olunur, müvafiq tədris planları və proqramları işlənib hazırlanır.
6.3. Mərkəzdə dinləyicilərin təlim müddəti Nazirlik tərəfindən müəyyən edilir.
6.4. Mərkəzdə təlimin forması, məzmunu və metodları tədris planlarına uyğun olaraq Nazirliklə razılaşdırılmaqla müəyyən edilir.
6.5. Mərkəzdə tədris məşğələləri təsdiq edilmiş cədvəl əsasında aparılır.
6.6. Mərkəzin dinləyicilərinin hüquq və vəzifələri aşağıdakılardan ibarətdir:
6.6.1. öz peşə və işgüzar keyfiyyətlərini təkmilləşdirmək;
6.6.2. tədris plan və proqramlarında nəzərdə tutulmuş bütün təlim növlərini yerinə yetirmək;
6.6.3. tədris prosesini təkmilləşdirmək və digər problemlər üzrə təkliflər vermək;
6.6.4. təlim üçün yaradılmış tədris-köməkçi və digər vasitələrdən istifadə etmək;
6.6.5. daxili intizam qaydalarına əməl etmək.
6.7. Mərkəzdə ixtisaslarını artıran dinləyicilərin bilik səviyyələrinin qiymətləndirilməsi Naxçıvan Muxtar Respublikasının maliyyə naziri tərəfindən yaradılan komissiya tərəfindən aparılır.
6.8. Tədris planını yerinə yetirməyən, daxili intizam qaydalarını pozan dinləyicilər Nazirliyə və müvafiq orqanlara məlumat verilməklə Mərkəzin direktorunun əmrinə əsasən tədrisdən xaric edilir.
6.9. Mərkəzdə tədris planının tələblərini yerinə yetirən dinləyicilərə müvafiq sertifikat verilir.
Əlavə ödənişli qruplarda təhsil haqqı və dinləyicilərin təlim müddəti Nazirliklə razılaşdırılmaqla müəyyən edilir.
DAVAMI
  • 56
Sosial şəbəkələrdə biz