
Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin kollektivi 22 dekabr 2020-ci il tarixində Avropa İttifaqının maliyyələşdirdiyi “Azərbaycan regionlarinda dayanıqlı mikrosahibkarlığın inkişafının sürətləndirilməsi” (ADSMİRRA) layihəsi çərçivəsində həyata keçirilən
“Böhran dövründə maliyyə dayanıqlılığının artırılması” mövzusunda təşkil edilən Maliyyə savadlılığı üzrə təlimçilərin İllik yığıncaq konfransında iştirak ediblər. Yığıncağı giriş sözü ilə Azərbaycan Mikromaliyyə Assosiasiyasının İctimai Birliyinin (AMFA) icraçı direktoru Jalə Hacıyeva açaraq layihə haqqında geniş məlumat verib.