“Dövlət qulluğunda etik prinsip qaydaları və işgüzar etiket” adlı iki günlük təlim keçirilib

Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Dövlət qulluğunda etik prinsip qaydaları və işgüzar etiket ” adlı təlim keçirilib. Noyabrın 19-da start verilən təlimə Maliyyə Nazirliyi və Naxçıvan Şəhər Maliyyə İdarəsində çalışan 12 dövlət qulluqçusu cəlb olunub.
Təlimin əsas məqsədi dövlət qulluğunda etikanın əhəmiyyəti, dövlət qulluqçularının riayət etməli olduğu əsas etik davranış qaydaları barədə gənc dövlət qulluqçularının məlumatlandırrılmasıdır.
Təlimin ilk günü Dövlət Maliyyə Nəzarəti İdarəsinin Büdcə, idarə və təşkilatların təftişi sektorunun müdiri Xaqani Vəliyevin təqdimatında “Dövlət qulluqçularının etik davranış qaydaları” ilə bağlı çıxışı olub. Qanunun əhatə dairəsi, məqsədi, peşəkarlıq və fərdi məsuliyyətin artırılması, əmr, sərəncam və ya tapşırıqların yerinə yetirilməsi, əmlakdan istifadə və digər mövzularla bağlı slaydlarla zənginləşdirilmiş məlumatlar iştirakçıların diqqətinə çatdırılıb və müzakirələr aparılıb.
Gündəliyə uyğun olaraq növbəti gün təlimin ikinci moduluna uyğun olaraq “Peşə etikası və etiket qaydaları” adlı mövzu ilə əlaqədar iştirakçılara geniş məlumat verilib, suallar cavablandırılıb.
Təlimin sonunda test mərhələsi keçirilib və fəal iştirak edən dövlət qulluqçularına sertifikatlar təqdim olunub.

  • 446
Sosial şəbəkələrdə biz