Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində keçirilən istehsalat təcrübəsi uğurla davam edir.


Hazırlanmış təcrübə proqramına uyğun olaraq nazirliyin Dövlət aparatının və hüquq- mühafizə orqanlarının maliyyəsi şöbəsinin əməkdaşları Pərvin Cümşüdova və Zülfiyyə Muxtarlı şöbənin iş fəaliyyəti haqqında geniş məlumat verərək “Dövlət orqanlarında ştat cədvəllərinin hazırlanması və onlara nəzarət”, “Dövlət qulluqçularının vəzifə maaşı və vəzifə maaşına əlavələrin hesablanması”, “Dövlət orqanlarının təsnifatı”və digər mövzular ətrafında çıxış ediblər. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.Qeyd edək ki, Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində təhsil alan  “Mühasibat uçotu və audit” ixtisasının IV kurs tələbələrinə həmçinin təcrübə müddətində keçirilən mövzulara uyğun olaraq praktiki tapşırıqlar tətbiq edilir.
  • 238
Sosial şəbəkələrdə biz