Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində kollegiya iclası keçirilib.

İclas başlamamışdan əvvəl iştirakçılar "20 Yanvar" şəhidlərinin, eyni zamanda Vətən uğrunda canından keçmiş bütün şəhidlərin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edib.
Naxçıvan Muxtar Respublikasının maliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Həsən İsmayılov iclası giriş sözü ilə açaraq əsası Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan, son 20 ildə Prezident İlham Əliyev tərəfindən uğurla davam etdirilən inkişaf strategiyasından, ərazi bütövlüyümüzün bərpa edilməsindən, Azərbaycanda gündən-günə daha geniş vüsət alan sürətli inkişafdan bəhs etdi. Sonra iclasın gündəliyinə uyğun olaraq Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi tərəfindən 2023-cü il ərzində görülmüş işlər və qarşıda duran məsələrə dair çıxış edən nazir müavini qeyd etdi ki, 2023-cü il maliyyə göstəriciləri baxımından Naxçıvan Muxtar Respublikası üçün uğurlu bir il olub. Belə ki, 2023-cü ildə Naxçıvan Muxtar Respublikası büdcəsinin gəlirləri 152,2 milyon manat plana qarşı 121,13 faiz və ya 184 385 484 manat məbləğində icra edilmişdir, büdcəyə nəzərdə tutulandan 32 163 484 manat çox vəsait toplanıb. Hesabat ili ərzində Naxçıvan Muxtar Respublikası büdcəsinin xərcləri 605 013 000 manat proqnoza qarşı 16,6 faiz və ya 100 696 957 manat az, 504 316 058 manat məbləğində icra edilmişdir. Bu məbləğ 2022-ci ilin analoji xərc göstəricisindan (605 869 766) 101 553 723 manat azdır.
Diqqətə çatdırıldı ki, təşkilatlar və digər bütün büdcə iştirakçıları üzrə əvvəlki illərə nisbətdə sosial xərclər, stimullaşdırıcı mükafat və maddi yardımlar həcminə görə müsbət artımla icra edilmişdir.
  • 48
Sosial şəbəkələrdə biz