Tələbələrin istehsalat təcrübəsi davam edir.


Naxçıvan Dövlət Universitetinin İqtisadiyyat və idarəetmə fakültəsində təhsil alan “Mühasibat uçotu və audit” ixtisasının IV kurs tələbələrinin Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində keçirilən istehsalat təcrübəsi davam edir.
Hazırlanmış təcrübə proqramına uyğun olaraq nazirliyin Büdcə şöbəsinin müdiri İbrahim Vəliyev və həmin şöbənin əməkdaşları Elvin Nağıyev, Abbas Hüseynov, Kərim Nəcəfov şöbənin iş fəaliyyəti haqqında geniş məlumat verərək “Azərbaycan Respublikasının Büdcə Sistemi”, Büdcə sisteminin xərc istiqamətləri”, “Dövlət büdcəsindən maliyyələşən təşkilatlarda əməkhaqqının müəyyən edilməsi”, “Vahid Tarif Cədvəli”, “Təhsil sahəsində çalışan, diaqnostik qiymətləndirilməsi aparılan müəllimlərin əməkhaqqısının hesablanması” və digər mövzular ətrafında çıxış ediblər. Sonda tələbələri maraqlandıran suallar cavablandırılıb.
DAVAMI
  • 191
Sosial şəbəkələrdə biz