Mühasiblər üçün növbəti təlim keçirilib

24-25 oktyabr 2022-ci il tarixlərində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində Büdcə təşkilatlarında əməliyyatların maliyyə bərabərliyində qeydiyyatı və vergi uçotu” mövzusunda təkmilləşdirici iki günlük təlim keçirilib.
Təlimə Naxçıvan Muxtar Respublikası İqtisadiyyat NazirliyiNaxçıvan Muxtar Respublikası Rabitə və Yeni Texnologiyalar Nazirliyi, Naxçıvan Muxtar Respublikası Gənclər və İdman Nazirliyi, Hesablama Palatasının Naxçıvan Muxtar Respublikası üzrə İdarəsi və digər büdcə təşkilatlarından 18 mühasibat işçisi dəvət olunub.
Gündəliyə uyğun olaraq Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova çıxış edərək, təlimin keçirilməsinin zəruriliyi və mahiyyəti barədə danışıb. Qeyd edib ki, təlimin keçirilməsində məqsəd mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsidir.
Təlimin ilk günü Maliyyə Tədris Mərkəzinin əməkdaşı Həsən Abdullayevin “ Əməliyyatların maliyyə bərabərliyində qeydiyyatının nəzəri əsasları” mövzusu ətrafında təqdimatı olub. Təqdimat zamanı əməliyyatın mahiyyəti və təsnifatı, əməliyyatların maliyyə bərabərliyinə təsiri qaydaları, aktivləri artması, azalması və yerdəyişməsi əməliyyatlarının qeydiyyatı, passivlərin yerdəyişməsi həmçinin əməliyyatların maliyyə bərabərliyinə təsiri və digər nəzəri məsələlər  izah edilib, müzakirələr aparılıb.  

Növbəti gün “Büdcə təşkilatlarının təqdim etməli olduğu vergi bəyannamələrinin hazırlanması” modulu ətrafında Naxçıvan Muxtar Respublikası Dövlət Vergi Xidmətinin Babək Rayon Vergilər İdarəsinin əməkdaşı Cavid Ələkbərovun təqdimatında  mobil bankçılıqla köçürmələrin yaradılması, əmək haqqının ödənilməsi,  təşkilatların muzdlu ödəmə mənbəyindən tutulan vergi və sosial sığorta haqlarına edilən güzəştlər, əmək qabiliyyətinin müvəqqəti itirilməsinə görə ödənişlərin vergiyə cəlb olunması haqqında geniş məlumat verilib, müvafiq praktiki tapşırıqlar yerinə yetirilib.

Təlimin sonunda tədris olunan mövzularla bağlı aparılan qiymətləndirmənin yekun nəticələrinə görə iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilib.



  • 238
Sosial şəbəkələrdə biz