“Xəzinədarlıq əməliyyatları üzrə sənədlərin elektron tərtibi sistemi”ndə olan yeniliklərlə bağlı təlimlər keçirilib


    Muxtar respublikanın müxtəlif təşkilatlarından maliyyə və mühasibat işçiləri “Xəzinədarlıq əməliyyatları üzrə sənədlərin elektron tərtibi sistemi” ndə olan yeniliklərlə bağlı təlimlərə cəlb olunub.
Bununla bağlı Maliyyə Tədris Mərkəzində keçirilən təlimdə sistemdə qurulan yeni modullar vasitəsilə ödəniş tapşırıqları sənədlərinin sistem üzərindən işlənilməsi qaydalarında olan dəyişikliklər, “Kassa xərclərinin sifarişi” sənədində olan yeniliklər və “Xərc cədvəli” modulu təlim iştirakçılarına praktiki olaraq izah olunub.
    Nazirliyin əməkdaşı Vüsal Məmmədov tərəfindən geniş məlumat verilib, “Sistemdə” aparılmış müvafiq dəyişiklik və yeniliklərin mahiyyəti iştirakçıların diqqətinə çatdırılıb. Bildirilib ki, bu yeniliklərin tətbiqi müəssisələrin daha sürətli və asan işləməsinə, eyni zamanda bank-maliyyə əməliyyatları zamanı edilən səhvlərin minumuma endirilməsinə imkan verəcək.
    Sonda Nazirliyin Xəzinə şöbəsinin və Müasir texnologiyalar və avtomatlaşdırılmış idarəetmə sistemləri şöbəsinin əməkdaşları tərəfindən təlim iştirakçılarını maraqlandıran suallar cavablandırılıb və onların təkliflərinin növbəti sistem yenilənməsi zamanı nəzərə alınacağı bildirilib.
   Qeyd edək ki, 21-22 aprel tarixlərində ümumilikdə muxtar respublikanın müəssisə və ya təşkilatlarında çalışan 100-ə yaxın maliyyə və mühasibat işçisi bu təlimlərdə iştirak edib.
  • 24
Sosial şəbəkələrdə biz