Maliyyə Tədris Mərkəzində növbəti təlim keçirilib

14 yanvar 2021-ci il tarixində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində Xəzinədarlıq əməliyyatları üzrə sənədlərin elektron tərtibi sistemində qurulmuş yeni modulun “Ödəniş tapşırığı” sənədlərinin daxil edilməsi və baxılması bölməsinin praktiki izahı adlı təlimlərə start verilib. 2 saat ərzində davam edən təlimə muxtar respublikanın rayonlarında fəaliyyət göstərən təşkilatlardan 12 maliyyə-mühasibat işçisi cəlb olunub.
Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova tədbiri giriş sözü ilə açaraq iştirakçıları salamlayıb, təlimin məqsədi və əhəmiyyəti barədə məlumat verib.
Maliyyə Nazirliyinin əməkdaşı Vüsal Məmmədovun təqdimatında keçirilən təlim zamanı Nazirlikdə qurulmuş operativ nəzarət portalının elektron poçt sistemində olan yeniliklər və sistemdə qurulmuş yeni modullar təlim iştirakçılarına praktiki izah olunub. Bildirilib ki, elektron poçt sisteminin aktiv statusa gətirilməsi üçün bir çox dövlət müəssisələrinin elektron poçt ünvanlarının istifadəçi adları dəyişdirilib. Ümumi istifadəçi adlarını isə sistemdə olan siyahı vasitəsilə öyrənmək mümkündür. Eyni zamanda xəzinədarlıq əməliyyatları zamanı sənədlərin elektron tərtibi sistemində yeni qurulmuş modul vasitəsilə ödəniş tapşırığı sənədləri sistem üzərindən işlənilib xəzinədarlığa təqdim ediləcəkdir.
Təlimdə Nazirliyin şöbə müdiri Vüsal Əsədov portalda olan yeniliklərin davam etdirilməsi üçün təkmilləşdirmə işlərinin mütəmadi olaraq davam etdiriləcəyini bildirib. Sonda sistemlə əlaqədar geniş fikir mübadiləsi aparılmışdır.
  • 402
Sosial şəbəkələrdə biz