“Sahibkarlar günü” ilə bağlı tədbir keçirilib

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin 2021-ci il 25 iyun tarixli “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər haqqında” sərəncamının icrası ilə bağlı növbəti tədbir  Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə 25 aprel “Sahibkarlar Günü” nə həsr olunub. Tədbir Maliyyə Nazirliyinin əməkdaşlarının və Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyində istehsalat təcrübəsində olan Naxçıvan Dövlət Universitetinin “Mühasibat uçotu və audit” ixtisası üzrə IV kurs tələbələrinin iştirakı ilə keçirilib.
Tədbiri giriş sözü ilə açan Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova Azərbaycan Respubliksının Prezidenti tərəfindən “Sahibkarlar Günü”nün təsis olunmasının sahibkarların fəaliyyətinə verilən yüksək qiymətin, sahibkarlığın inkişafına göstərilən böyük diqqət və qayğının ən önəmli göstəricisi olduğunu vurğulayıb. Bildirilib ki, hazırda muxtar respublikada sahibkarlığa hərtərəfli dəstəyin göstərilməsinin nəticəsidir ki, ümumi daxili məhsul istehsalının 88 faizi özəl bölmənin payına düşür. Bu günkü gəncləri, xüsusilə iqtisadiyyat yönümlü ixtisaslarda təhsil alan tələbələri potensial sahibkar kimi şəxsi biznesləri haqqında fəal və yaradıcı düşündürməyin, onları sahibkarlıq fəaliyyətinə həvəsləndirməyin və bu istiqamətdə araşdırma aparmağa sövq etməyin sahibkarlığın inkişafı üçün xüsusi əhəmiyyət daşıdığı  qeyd edilib.
Naxçıvan Dövlət Universitetinin müəllimi, təcrübə rəhbəri Mehparə Məmmədova çıxış edərək bazar iqtisadiyyatı şəraitində sahibkarlığın cəmiyyətin iqtisadi inkişafının əsas hərəkətverici qüvvəsi olduğunu bildirib. Bu baxımdan tələbələrin sahibkarlıq qabiliyyətlərinin inkişaf etdirilməsinin, yeni biznes ideyalarının  yaradılmasının əhəmiyyətli olduğu diqqətə çatdırılıb.Tədbir layihələrin təqdimatı ilə davam edib. İlk təqdimat “Birlikde.az” layihəsi olub. Layihənin yaradılmasında məqsəd  ölkədə ilk onlayn ianə sistemini quraraq yaradıcı şəxslərin biznes ideyalarının dəstəkləmək və gələcəkdə ianəçilərin özünü də biznes sahəsinə həvəsləndirməkdən ibarətdir.   “FastCarry” adlanan növbəti təqdim olunan layihənin məqsədi Naxçıvan Muxtar Respublikası  və rayonlara  istənilən növ yükdaşınmasının yerinə yetirilməsi və yüklərin obyektə çatdırılması prosesinin daha sürətli və etibarlı şəkildə həyata keçirilməsini təmin etmək, yükdaşımaları vahid bir müəssisənin əhatəsində cəmləməkdir. Mövzusunun aktuallığına görə fərqlənən “ForesTexno” layihəsinin məqsədi ekoloji sistemin dizaynını yaratmaqla “Ağıllı şəhər”lər qurmaq və dövlət büdcəsinə qənaət etməkdən ibarətdir.  
Layihələrin təqdimatında diqqət çəkən məqam  investorların marağını cəlb edəcək şəkildə maliyyə hesabatlarının tərtib edilməsi olub.
 Tədbir müzakirə şəklində davam edib və komanda üzvlərinə Maliyyə Tədris Mərkəzinin Sertifikatları təqdim edilib.
  • 376
Sosial şəbəkələrdə biz