
Bu münasibətlə Maliyyə Nazirliyində tədbir keçirilib. Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikasının maliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Həsən İsmayılov bildirib ki, Naxçıvan İnqilab Komitəsinin 1920-ci il oktyabrın 10-da qəbul etdiyi qərar ilə yaradılan Maliyyə Şöbəsi 1924-cü ilə qədər həmin ad altında fəaliyyət göstərib.