10 noyabr “Beynəlxalq Mühasiblər Günü” qeyd edilib



Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı ilə 10 noyabr – Beynəlxalq Mühasiblər Günü münasibətilə “Breyn-rinq” intellektual bilik yarışması təşkil olunub. 
Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Mehriban İmanova qeyd edib ki, qədim sivilizasiyalara aid olan mühasibat uçotunun tarixi yazının, pulun və ticarətin inkişafı ilə sıx bağlıdır. Bu günə qədər mühasibat uçotu xeyli inkişaf prosesindən keçmiş, lakin onun əsas prinsipləri və prosedurları orta əsrlərdən bəri əsasən dəyişməz olaraq qalmışdır. 1494-cü ilin  noyabr ayının  10-da italyan alimi Luka Paciolinin nəşr edilən kitabında  ikili mühasibat uçotunun təsviri mühasibat uçotu praktikasında inqilab edərək, müəssisələrə öz səmərəliliyini və gəlirliliyini artırmağa kömək etdi. Buna görə də mühasibat uçotunun inkişafına təkan verən bu tarix “Beynəlxalq Mühasiblər Günü” olaraq seçilib. Mehriban İmanova “Beynəlxalq Mühasiblər Günü”  münasibətilə gənc mühasibləri təbrik edib, onlara iş fəaliyyətlərində uğurlar arzulayıb.
DAVAMI
  • 258

Payız-qış mövsümünə hazırlıqla bağlı görülən işlər və qarşıda duran vəzifələr müzakirə edilib


Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyində payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən iclasda nazir Rafael Əliyev çıxış edərək aidiyyəti üzrə tapşırıqlar verib. Sentyabrın 7-də Naxçıvan Muxtar Respublikasında 2022-2023-cü illərin payız-qış mövsümünə hazırlıq və qarşıda duran vəzifələrlə əlaqədar keçirilən müşavirədə Ali Məclis Sədrinin verdiyi tapşırıqları diqqətə çatdıran maliyyə naziri qeyd edib ki, kommunal təyinatlı müəssisələrdə çalışan işçilərin müvafiq geyim dəstləri və avadanlıqlarla təmin olunması üçün maliyyə vəsaitinin ayrılması həyata keçirilməlidir. Həmçinin müəssisələrin balansında olan nəqliyyat vasitələrinin ehtiyat hissələri ilə təmin olunması, generatorların tam işlək vəziyyətə gətirilməsi üçün lazımi tədbirlər görülməlidir.
DAVAMI
  • 389

Naxçıvan Muxtar Respublikası beynəlxalq tədbirdə təmsil olunub


 Bu günlərdə London şəhərində Avropanın və MDB-nin dövlət qurumlarının, beynəlxalq peşəkar mühasib təşkilatlarının, aparıcı şirkətlərin nümayəndələrinin, mühasibat, vergi, maliyyə nəzarəti və iqtisadiyyatın digər sahələrinin aparıcı mütəxəssislərinin iştirakı ilə beynəlxalq tədbir keçirilib.
Tədbirin keçirilməsində məqsəd maliyyə hesabatlarının beynəlxalq standartlarına edilən dəyişikliklərin müzakirəsi, maliyyə, daxili nəzarət, mühasibatlıq sahəsində yeni məlumatların əldə edilməsindən ibarət olub.
Hər ölkədən məhdud sayda nümayəndələrin təmsil olunduğu tədbirdə Azərbaycan nümayəndə heyətinin tərkibində Azərbaycan Respublikası Maliyyə Nazirliyinin, Təhsil Nazirliyinin, Dövlət Neft Fondunun, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyinin, “Azərenerji” Açıq Səhmdar Cəmiyyətinin, Azərişıq ASC-nin və Azərbaycan Proffessional Maliyyə Menecerləri Assosiasiyasının əməkdaşları iştirak ediblər.
DAVAMI
  • 411

Əməkdaşımız Prezidentin sərəncamı ilə “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib



Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 22 iyun tarixli Sərəncamı ilə dövlət qulluğunda səmərəli fəaliyyətinə görə nazirliyin Büdcə şöbəsinin müdir müavini – Yerli büdcələrin tərtibi və icmallaşdırılması sektorunun müdiri Səkinə Qəhrəmanova “Dövlət qulluğunda fərqlənməyə görə” medalı ilə təltif edilib.


DAVAMI
  • 872

Əməkdaşımız Prezidentin sərəncamı ilə “Tərəqqi” medalı ilə təltif edilib.


Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin 2022-ci il 7 mart tarixli Sərəncamı ilə Azərbaycan Respublikasının ictimai-mədəni həyatında səmərəli fəaliyyətlərinə görə və 8 Mart – Beynəlxalq Qadınlar Günü münasibətilə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru İmanova Mehriban Təyyar qızı “Tərəqqi” medalı ilə təltif edilib.
Əməkdaşımızı Maliyyə Nazirliyinin çoxsaylı kollektivi adından ürəkdən təbrik edir, gələcək işlərində müvəffəqiyyətlər arzulayırıq.

DAVAMI
  • 413
Sosial şəbəkələrdə biz