Maliyyə Tədris Mərkəzinin direktoru Beynəlxalq konfransda iştirak edib

20-22 oktyabr 2022-ci il tarixlərində Kocaeli Universitetinin rəhbərliyində Anadolu Elmlər Akademiyası, Beykoz Universiteti, Kocaeli Universiteti, Kocaeli Böyükşəhər Bələdiyyəsi və Kartepe Bələdiyyəsi ilə birgə hibrid model əsasında “5-ci Beynəlxalq Turizm, İqtisadiyyat, Biznes  Elmləri Konfransı” (ICTEBS) keçirilib.
Konfransın məqsədi turizm, biznes və iqtisadiyyat mövzuları ilə bağlı akademikləri və tədqiqatçıları bir araya gətirmək, onlar arasında qarşılıqlı əlaqə imkanı, elmi biliklərin paylaşılması və müzakirə edilməsi üçün mühit yaratmaqdır. Beynəlxalq konfransın Elmi Şurasının üzvü olan Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru iqtisad üzrə fəlsəfə doktoru, dosent Mehriban İmanova  ölkəmizi təmsil edən tək nümayəndə olaraq tədbirdə iştirak edib. Müxtəlif ölkələrdən 100-dən artıq elm adamının iştirak etdiyi  konfransda Mehriban İmanovanın “Azərbaycanın mühasibat sistemi və dövlət sektorunda uçotun təşkili” adlı məruzəsi dinlənilıb, iştirakla bağlı sertikat və xatirə plaketi təqdim olunub. Çıxış zamanı qloballaşmanın mühasibat və maliyyə hesabatlarının beynəlxalq standartlara uyğunlaşmasına ehtiyac yaratması nəticəsində Azərbaycanda mühasibat uçotu sahəsində mühüm islahatların aparılması, qəbul edilən  hüquqi tənzimləmələrin ölkə iqtisadiyyatına investisiya axınının artması və maliyyə resurslarından səmərəli istifadəyə şərait yaratması haqqında məlumat verilib. Dövlət sektorunda şəffaf maliyyə hesabatlarının hazırlanması məqsədilə  İctimai Sektor üçün Mühasibat Uçotunun Beynəlxalq Standartlarının qəbulunun mühüm zərurətə çevrildiyi qeyd edilərək bu istiqamətdə görülən işlərlə bağlı məlumat verilib, Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin tanıtım videosu izlənilib. Təşkil olunmuş qala gecəsində konfransın sədri Beykoz Universitetinin professoru Suavi Ahipaşaoğluna duzdan yonulmuş Haçadağ, təşkilatçılara Naxçıvanın simvolunu əks etdirən hədiyyələr vedilib, gələcək layihələrlə bağlı müzakirələr edilib. Konfransın üçüncü günü turizm şəhəri olan Kocaelinə tur təşkil edilib.
  • 62
Sosial şəbəkələrdə biz