“Mən mühasib olmaq istəyirəm!” təliminə yekun vurulub.


Muxtar respublikanın müəssisə və təşkilatlarında çalışan gənc maliyyə-mühasibat işçiləri, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, bu sahəyə marağı olan digər şəxslərin iştirak etdiyi təlimin yekunu olaraq biliklərin qiymətləndirilməsi aparılıb. Qiymətləndirmə test imtahanı əsasında keçirilib. İmtahan zamanı açıq və qapalı tipli olmaqla, mühasibat uçotunun həm nəzəri, həm də praktiki məsələlərini əhatə edən 30 tapşırıqdan ibarət sual kitabçaları iştirakçılara təqdim edilib.
Qiymətləndirmədən sonra sualların müzakirəsi aparılıb.Qiymətləndirmədə yüksək nəticə göstərən iştirakçılara Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilib.
  • 141
Sosial şəbəkələrdə biz