“Uğurlu büdcə planlaması” adlı təlim keçirilib.

 Təlimdə Naxçıvan Muxtar Respublikasının Gənclər və İdman Nazirliyinin 35 nəfər könüllüsü iştirak edib.Əvvəlcə Mərkəzin direktoru Mehriban İmanova  təlimin məqsəd və əhəmiyyəti haqqında məlumat verib, belə təlimlərin gənclərin maliyyə sahəsində olan biliklərinin yüksəldilməsi, maliyyə vəsaitlərindən düzgün istifadə etməklə gələcəyə dair düzgün iqtisadi planlar qurması, qənaət və yığım vərdişlərinin artırılması məqsədi daşıdığını bildirib, əlamətdar gün münasibətilə gəncləri təbrik edib.
Sonra Maliyyə Tədris Mərkəzinin aparıcı mütəxəssisi Emil  Tarverdiyev və maliyyə könüllüsü Elmar İsgəndərovun təqdimatında zənginləşdirilmiş slaydlar vasitəsilə gənclərə büdcə planlamasının mahiyyəti və əsasları haqqında məlumat verilib, maliyyə hədəflərinin təyin olunması, aylıq gəlirin düzgün bölüşdürülməsi, xərclərə nəzarət mexanizminin qurulması, yığım və investisiya metodları müzakirə şəklində geniş izah edilib.
Komandalar arasında təlimlə bağlı hazırlanmış suallar əsasında intellektual yarış keçirilib. Yarış zamanı "İstək" komandası I, "Ehtiyac" komandası II, " Büdcə" komandası III yerin qalibi olub. Qalib komandaların üzvlərinə Maliyyə Tədris Mərkəzinin sertifikatları təqdim edilib.
  • 144
Sosial şəbəkələrdə biz