Təcrübəçi tələbələr arasında “Ailənin mühasibi” adlı təlim keçirilib

Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova açaraq əlamətdar günlər haqqında məlumat verib, maliyyə savadlılığının maliyyə risk və imkanlarının qiymətləndirilməsi və rasional seçimlər edilməsi baxımından mühüm rol oynadığını bildirib.

Təlimdən sonra 20 tələbənin iştirakı ilə intellektual yarış keçirilib. Bilik yarışında öz fəallığı və intellektual səviyyəsi ilə seçilən qaliblər qazanılmış xalların cəminə görə müəyyən edilib. İlk beş yerin qalibinə sertifikatlar təqdim olunub.
