Maliyyə Tədris Mərkəzində keçirilən təlimlərin birinci mərhələsinə yekun vurulub



Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyi münasibətilə Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində muxtar respublikanın büdcə təşkilatlarının mühasibləri üçün keçirilən “Maliyyə hesabatlarının hazırlanmasının nəzəri və praktiki  əsasları”  adlı 3 günlük təlimlərin birinci mərhələsinə yekun vurulub. 
DAVAMI
  • 124

Maliyyə Tədris Mərkəzində təkmilləşdirici təlim keçirilib.

3 oktyabr 2023-cü il tarixindən etibarən Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində təşkil olunan “Maliyyə hesabatlarının hazırlanmasının nəzəri və praktiki əsasları” adlı üç günlük   təlimlərə start verilib. Təlimin ilk günündə mərkəzləşdirilmiş xərclərdən maliyyələşən  büdcə təşkilatlarının 24 nəfər baş mühasibi iştirak edib.
DAVAMI
  • 134

Mühasiblər və tələbələr arasında III muxtar respublika müsabiqəsi keçirilib - FOTO Mühasiblər və tələbələr arasında III muxtar respublika müsabiqəsi keçirilib


Naxçıvan Muxtar Respublikasının  Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən  Ulu Öndər Heydər Əliyevin anadan olmasının 100 illiyinə həsr olunan “Yeni dövrün ən yaxşı mühasibi” III muxtar respublika müsabiqəsi keçirilib.
Müsabiqədə muxtar respublikanın müəssisə və təşkilatlarında çalışan maliyyə-mühasibat işçiləri, ali və orta ixtisas təhsili müəssisələrinin tələbələri, bu sahəyə marağı olan digər şəxslər də daxil olmaqla, onlayn qeydiyyatdan keçmiş 48 nəfər iştirak edib.
DAVAMI
  • 210

Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin təşkilatçılığı ilə ümummilli lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunmuş tədbir keçirilib



Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin təşkilatçılığı ilə “Heydər Əliyev və Azərbaycanda davamlı inkişafın təmin edilməsində maliyyə siyasətinin rolu” mövzusunda beynəlxalq konfrans keçirilib. Əvvəlcə Ulu Öndər Heydər Əliyevin Naxçıvan şəhərindəki abidəsinin önünə gül dəstələri qoyulub, Heydər Əliyev Muzeyi ziyarət edilib.
Naxçıvan Biznes Mərkəzində keçirilən tədbirdə nazirliyin əməkdaşları ilə yanaşı, müvafiq ixtisaslarda təhsil alan tələbələr, Türkiyə Respublikası və ölkəmizdən tədbirə onlayn qoşulan iqtisadçı alimlər də iştirak ediblər. Ümummilli Lider Heydər Əliyevin, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda şəhid olan Vətən övladlarının və qardaş Türkiyə Respublikasında baş vermiş zəlzələ nəticəsində həlak olanların xatirələri bir dəqiqəlik sükutla yad olunub, Azərbaycan Respublikasının Dövlət Himni səsləndirilib.
DAVAMI
  • 202
Sosial şəbəkələrdə biz