“Muxtariyyətin 100 ili” adlı tədbir keçirilib.


 Tədbiri giriş sözü ilə Naxçıvan Muxtar Respublikasının maliyyə naziri vəzifələrini müvəqqəti icra edən, nazir müavini Həsən İsmayılov açaraq Azərbaycanın dövlətçilik tarixində muxtariyyətin rolundan danışıb, Prezident cənab İlham Əliyev tərəfindən “Naxçıvan Muxtar Respublikasının 100 illik yubileyinin qeyd edilməsi” haqqında verilən sərəncamın mühüm hadisə olduğunu vurğulayıb.
  Qeyd edilib ki, müstəqillik illərində gündən-günə inkişaf edən Naxçıvan bu gün ölkənin ən çox inkişaf etmiş bölgələrindən biridir. Əsasını Ulu Öndər Heydər Əliyevin qoyduğu və bu gün ölkə başçısı cənab İlham Əliyev tərəfindən davam etdirilən uğurlu siyasətin nəticəsidir ki, öz 100 illik yubileyini qeyd edən Naxçıvan sosial-iqtisadi, ictimai-siyasi sahələrdə sürətli inkişafdadır.
Sonra Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova, nazirlik Aparatının baş hüquqşünası Samirə İsmayılova və nazirliyin baş məsləhətçisi Tamaraxanım Aşurlunun mövzu üzrə çıxışları dinlənilib.
 Sonda nazir müavini Həsən İsmayılov tədbir iştirakçılarını əlamətdar  gün münasibətilə təbrik edərək qeyd edib ki, muxtariyyətinin 100-cü ilində yeni inkişaf mərhələsinə qədəm qoyan Naxçıvan bundan sonra da Ulu Öndər Heydər Əliyevin ümummilli ideyalarına sadiq qalaraq gələcəyə doğru inamla addımlayacaq.
  • 157
Sosial şəbəkələrdə biz