“Gələcək üçün maliyyə” layihəsi çərçivəsində növbəti təlim keçirilib


Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi “Gələcək üçün maliyyə” silsilə tədbirləri çərçivəsində 11 avqust 2021-ci il tarixində tələbələr üçün növbəti təlimə yekun vurub. Ağbulaq İstirahət Mərkəzində keçirilən təlimə 60-dan çox tələbə cəlb olunub. Mərkəz tərəfindən bu kimi təlimlərin keçirilməsi gələcəyimiz olan gənclərimizin maliyyə bazarının aktiv iştirakçısına çevrilməsinə və muxtar respublika iqtisadiyyatının daha da güclənməsinə verilən bir töhfədir.
DAVAMI
  • 319

“Gələcək üçün maliyyə” layihəsi çərçivəsində təlimlər davam edir



Ölkəmizdə, eləcə də muxtar respublikada uğurla həyata keçirilən dövlət gənclər siyasəti və bu sahədə görülən ardıcıl tədbirlər öz davamiyyətini qorumaqdadır. Bu gün muxtar respublikada gənclərin asudə vaxtının səmərəli təşkili, intellektual inkişafının təmin edilməsi, onların gələcəyin əsl vətəndaşı kimi yetişdirilməsi üçün hər cür şərait yaradılıb. Gənclər üçün belə tədbirlərin təşkil olunması isə artıq ənənə halını alıb. Belə tədbirlərin davamı olaraq 4 avqust 2021-ci il tarixində icrası Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən həyata keçirilən növbəti “Gələcək üçün maliyyə” adlı təlim keçirilib. 50-dən çox tələbənin cəlb olunduğu təlimdə Naxçıvan Tibb Kollecinin, Naxçıvan Dövlət Texniki Kollecinin, Naxçıvan Musiqi Kollecinin və könüllü tələbələr iştirak edibAğbulaq İstirahət Mərkəzinin iclas zalında keçirilən təlimin məqsədi tələbələr arasında maliyyə savadlılığını təşviq etmək, pul, gəlir, qənaət, xərc, investisiya, büdcə kimi konseptlər haqqında biliklərə yiyələnməkdir. Əvvəlcə Maliyyə Tədris Mərkəzinin əməkdaşı layihə barədə ətraflı məlumat verib, əhəmiyyəti və aktuallığı barədə danışıb.
DAVAMI
  • 357

“Gələcək üçün maliyyə” adlı təlimlərə start verilib


Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən icrasına başlanılmış “Gələcək üçün maliyyə” layihəsi çərçivəsində ilk təlim 28 iyul 2021-ci il tarixində Ağbulaq İstirahət Mərkəzində keçirilib. Ağbulaq İstirahət Mərkəzinin iclas zalında keçirilən təlimdə muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan tələbələr və könüllü gənclər iştirak edib. 50-dən çox tələbənin cəlb olunduğu təlimin keçirilməsində əsas  məqsəd tələbələr arasında maliyyə savadlılığını təşviq etmək, pul, gəlir, qənaət, xərc, investisiya, büdcə kimi konseptlər haqqında biliklərə yiyələnməkdir.
DAVAMI
  • 0
  • 349

Mənzil və kommunal təsərrüfatı müəssisələri üçün təşkil olunmuş təlimlərə yekun vurulub


24-25 iyun 2021-ci il tarixlərində Maliyyə Tədris Mərkəzində “Mənzil və kommunal təsərrüfatı müəssisələrində əməkhaqqı cədvəllərinin elektron tərtibi sistemi” adlı iki günlük təlim keçirilib. Təlimə mənzil və kommunal müəssisələrinin maliyyə və mühasibatlıq sahəsində çalışan 30 nəfər işçi cəlb edilib.
Tədbiri giriş sözü ilə Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova açaraq iştirakçılara təlimin məqsədi və əhəmiyyəti barədə məlumat verib.
DAVAMI
  • 402

Hüquq-mühafizə orqanlarında çalışan mühasiblər üçün təlim keçirilib


Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində hüquq-mühafizə orqanlarında çalışan maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə “Büdcə təşkilatlarında uçot və hesabat” adlı təlim keçirilib.
     Təlimə Naxçıvan Muxtar Respublikası Prokurorluğu, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi və Ali Məhkəmədə çalışan 12 mütəxəssis cəlb olunub. Təlimi giriş sözü ilə açan Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova  iştirakçılara Maliyyə Tədris Mərkəzinin fəaliyyəti haqqında məlumat verib, bildirib ki, təlimin keçirilməsində məqsəd hüquq-mühafizə orqanlarında maliyyə-mühasibat işinin Beynəlxalq Mühasibat Uçotu Standartlarına əsasən aparılması, maliyyə hesabatlarının hazırlanması ilə bağlı biliklərin artırılması və daha da təkmilləşdirilməsindən  ibarətdir.  
DAVAMI
  • 348

Naxçıvan Biznes Mərkəzində görüş keçirilib


 3 iyun 2021-ci il tarixində Naxçıvan Biznes Mərkəzində “Sahibkarlıq fəaliyyətinin idarə olunmasında mühasibat uçotunun rolu və beynəlxalq standartların tətbiqinin zəruriliyi” mövzusunda seminar-treninq keçirilib.
       Naxçıvan  Muxtar  Respublikasının  Maliyyə  Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi və Naxçıvan  Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikasının  Dövlət  Vergi  Xidmətinin dəstəyi ilə keçirilən tədbiri giriş sözü ilə Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova açaraq qonaqları salamlayıb və muxtar respublikada sahibkarlığın inkişafı üçün yaradılan şərait­dən danışıb. Qeyd edilib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş iqtisadi inkişaf strategiyasının əsas istiqaməti sahibkarlıq fəaliyyətinin dəstəklənməsi olub və bu strategiyanın uğurla davam etdirilməsi nəticəsində muxtar respublikada ümumi daxili məhsul istehsalının 88 faizi özəl bölmənin payına düşüb. Sahibkarlığın inkişafı nəticə etibarilə büdcə gəlirlərinin də artmasına səbəb olub.  Bildirilib ki, sahibkarlığın  idarə olunmasında mühasibat uçotu informasiyalarının əhəmiyyəti əvəzolunmazdır. Bu informasiyaların əks olunduğu maliyyə hesabatlarının beynəlxalq standartlara uyğunlaşdırılması və tətbiqi   baza əməliyyatları səviyyəsində məlumat açıqlanmasını tələb etməklə şəffaflığın artırılmasına çox böyük təsir göstərir, müəssisələrin beynal­xalq bazarlara çıxışını təmin edir, həm uçot, həm də biznes proseslərinin yenilənməsi və təkmilləşdirilməsinə gətirib çıxardır. Seminar-treninqin keçirilməsinin əsas məqsədinin kommersiya təşkilatlarında Maliyyə Hesabatlarının Beynəlxalq Sandartlarının tətbiqinin əsas istiqamətləri ilə bağlı maarifləndirmə işini aparmaqdan ibarət olduğu bildirilib.
DAVAMI
  • 350

Maliyyə Tədris Mərkəzində növbəti təkmilləşdirici təlim keçirilib



    26-27 may 2021-ci il tarixlərində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində təşkil olunan iki günlük təlimə muxtar respublikada fəaliyyət göstərən müxtəlif təşkilatlardan 12 nəfər maliyyə-mühasibatlıq işçisi cəlb olunub.
     Gündəliyə uyğun olaraq Mərkəzin direktoru Mehriban İmanova keçirilən təlimlər haqqında ümumi məlumat verərək təlimin əsas məqsədinin muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarında Beynəlxalq  Mühasibat Uçotu Standartlarına əsasən maliyyə-mühasibat işinin aparılması, müasir tələblərə uyğun olaraq maliyyə hesabatlarının hazırlanması və bu sahədə mütəxəssislərin biliklərinin artırılması olduğunu bildirib.
DAVAMI
  • 345
Sosial şəbəkələrdə biz