“Gələcək üçün maliyyə” layihəsi çərçivəsində “Yay məktəbində” növbəti təlim keçirilib

  Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən, Ağbulaq İstirahət Mərkəzində Heydər Əliyev adına Hərbi Liseyin kursantları üçün təşkil olunmuş “Yay məktəbi” ndə, “Gələcək üçün maliyyə” layihəsi çərçivəsində növbəti təlim keçirilib.
Tədbiri giriş sözü ilə açan Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova  bildirib ki, maliyyə savadlılığı insanların şəxsi maliyyə vəziyyətini necə idarə edəcəyi qabiliyyətini göstərən bir səviyyədir. Gündəlik həyatda hər kəsin   maliyyə ilə bağlı problemlərini həll etməsi və düzgün  qərar qəbul etmə bacarığına malik olması maddi  rifahın yaxşılaşdırılması üçün çox zəruri  məsələdir.  Qeyd edilib ki, təlimin əsas məqsədi gənclərə istehlak və qənaət vərdişlərini aşılamaq, düzgün iqtisadi plan qurmaları üçün maarifləndirmə işini aparmaqdan ibarətdir.
Maliyyə Tədris Mərkəzinin əməkdaşı Pərviz Babayev təqdimat zamanı pulun formalaşması və yeni nəsil valyuta, büdcə planlaşdırılması, onun düzgün idarə edilməsi, mövcud resurslardan qənaətlə istifadə, yığım, investisiyanın əhəmiyyəti və digər mövzular haqqında ətraflı məlumat verib. Mövzular üzrə interaktiv oyunlar keçirilib, müsabiqə xarakterli mərhələdə 8 komanda iştirak edib, iştirakçılara mərhələlərin nəticələrinə görə müvafiq fərqləndirici sertifikatlar və hədiyyələr təqdim edilib.
     Qeyd edək ki, layihə çərçivəsində müxtəlif qruplar üzrə bu günə qədər 5 təlim təşkil edilib və təlimlərdə ümumilikdə, 200-dən çox gənc iştirak edib. Keçirilən təlimlər zamanı yüksək nəticə göstərən komandalara və fəal iştirakçılara Mərkəz tərəfindən 79 sertifikat təqdim olunub.
  • 304
Sosial şəbəkələrdə biz