2 fevral Gənclər Günü münasibətilə “Qənaətcil büdcəmiz” adlı təlim keçirilib

29 yanvar 2021-ci il tarixində Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin və Naxçıvan Gənclər Fondunun təşkilatçılığı ilə 2 fevral - Gənclər Günü münasibətilə “Qənaətcil büdcəmiz” adlı təlim keçirilib.
Gənclər Fondunda təşkil olunan təlimə 40-dan çox gənc cəlb olunub. Təlimin ümumi məqsədi iştirakçılara maliyyə vəsaitlərindən daha ağıllı və səmərəli istifadə etmək bacarıqları öyrətməkdir.
Tədbiri giriş sözü ilə açan Naxçıvan Muxtar Respublikası Gənclər Fondunun icraçı direktoru Cəbi Quliyev ölkəmizdə həyata keçirilən gənclər siyasəti və onun uğurlu nəticələrindən bəhs edib. Naxçıvan Muxtar Respublikasında da gənclərlə iş yüksək səviyyədə qurulmuş, onların asudə vaxtının səmərəli təşkili üçün hər cür şərait yaradılmışdır. Qeyd edilib ki, bu gün muxtar respublika gəncləri bir sıra layihələrdə uğurla iştirak edir və bu onların gələcək vətənpərvər, sağlam vətəndaş kimi formalaşmasında mühüm rol oynayır.
Sonra Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova çıxış edərək diqqətə çatdırmışdır ki, muxtar respublikada gənclərin sağlam, vətənpərvərlik ruhunda böyümələri, yüksək səviyyədə təhsil almaları, onların cəmiyyətin müxtəlif sahələrində fəal iştirakını təmin etmək üçün keçirilən tədbirlərin davamı olaraq təşkil olunan bu təlimin məqsədi gənclərin maliyyə riskləri və imkanlarını qiymətləndirmək bacarıqlarını artırmaq, onların maliyyə savadlılığı üzrə biliklərini təkmilləşdirməklə, bu istiqamətdə səmərəli addımlar atmalarını təmin etməkdən ibarətdir.
Daha sonra Maliyyə Nazirliyinin əməkdaşı Qənbər Xudiyevin təqdimatında keçirilən təlim zamanı Gənclərin maliyyə məqsədləri üçün büdcənin planlaşdırılmasının əhəmiyyəti, büdcənin idarə olunmasında xərclərin müəyyən edilməsi və gəlir yollarının araşdırılması, pul vəsaitlərinin effektiv idarə olunmasıyla gəlirlərin artırılması, yığım metodları və bacarıqlarının öyrənilməsi və digər mövzularda ətraflı çıxışı olmuşdur. “Xarıbülbül” ,“Suqovuşan” və “Xudafərin” adlı 3 komandanın iştirak etdiyi təlim zamanı Mərkəzin əməkdaşı   tərəfindən mövzuya uyğun olaraq interaktiv mərhələ keçirilib və bu nəticələrə uyğun olaraq qalib komandalar müəyyən edilib.
Sonda təlim müddətində fərqlənən istedadlı gənclər və qalib komandaya Mərkəz tərəfindən Sertifikat və hədiyyələr təqdim olunub.
  • 378
Sosial şəbəkələrdə biz