Forum iştirakçıları üçün Muxtar Respublika ilə tanışlıq turu təşkil edilib.

     Tur proqramına uyğun olaraq qonaqlar ilk "Əshabi-Kəhf Ziyarətgahı" Dini-Mədəni Abidə Kompleksi ilə tanış edilib. Dağlar qoynundaki bu əsrarəngiz məkan, həmçinin ziyarətgah haqqında tur bələdçisinin verdiyi məlumatlar böyük marağa səbəb olub. Sonra Naxçıvan şəhərində Möminə Xatun türbəsi, Açıq Səma Altında Muzeyə ekskursiya təşkil edilib. Daşı, torpağı, hər qarışı tarix olan Naxçıvan qonaqları bir daha özünə heyran edib.
          Tur proqramına uyğun günün ikinci yarısında təkcə təbiəti ilə deyil, həm də tarixi-mədəni abidələri ilə məşhur Ordubad rayonuna gəzinti təşkil edilib.
       Günün sonunda Mühasiblər Forumu üçün Naxçıvana gələn təşkilatçılar, qonaqlar -hər kəs xoş təəssüratlarla geri dönüb.
   Xatırladaq ki, forum Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin təşəbbüsü, Azərbaycan Respublikasının Dövlət Vergi Xidməti, İqtisadi Araşdırmalar və Tədris Mərkəzi, Gənc Mühasiblər İctimai Birliyi və Bakı Hesabat Mərkəzinin birgə təşkilatçılığı ilə 2 dekabr 2023-cü il tarixində Naxçıvan Biznes Mərkəzində baş tutub.
  • 71
Sosial şəbəkələrdə biz