Təsərrüfathesablı dövlət müəssisələri üçün təlimlərə başlanılıb



Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində mühasiblər üçün “Kommersiya təşkilatlarında praktiki mühasibatlıq” adlı 3 günlük təkmilləşdirici təlim start götürüb. Sentyabr ayının 16-da başlanan təlimlərə bu sahə üzrə çalışan 12 maliyyə və mühasibatlıq mütəxəssisi cəlb olunub.
Təlimin məqsədi mühasibatlıq işçilərinin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsindən ibarətdir.
3 moduldan ibarət olan təlimi Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova giriş sözü ilə açaraq təlimin aktuallığı və mahiyyəti barədə iştirakçıları məlumatlandırıb.
DAVAMI
  • 459

Xəzinədarlıq əməliyyatları üzrə sənədlərin elektron tərtibi sistemi ilə bağlı keçirilən təlimlərə yekun vurulub


Maliyyə Tədris Mərkəzində Xəzinədarlıq əməliyyatları üzrə sənədlərin elektron tərtibi sistemi ilə bağlı keçirilən təlimlərə yekun vurulub.
Muxtar respublikanın müxtəlif təşkilatlarından maliyyə və mühasibat işçilərinin iştirak etdiyi, 12 nəfərlik qruplar şəklində təşkil edilən təlimlərdə nazirlikdə qurulmuş operativ nəzarət portalının elektron poçt sistemində olan yenilikləri və sistemdə qurulmuş yeni modulların işlənilmə mexanizmi Nazirliyin əməkdaşı Vüsal Məmmədov tərəfindən təlim iştirakçılarına praktiki izah olunub. Xəzinədarlıq əməliyyatları zamanı sənədlərin elektron tərtibi sistemində yeni qurulmuş modul vasitəsilə ödəniş tapşırıqları sənədlərinin sistem üzərindən işlənilməsi qaydaları barədə məlumat verilib. Eyni zamanda nəqliyyat vasitələrinin daxil edilməsi modulunun da işlənilmə mexanizmi iştirakçıların diqqətinə çatdırılıb.
Nazirliyin şöbə müdiri Vüsal Əsədov təlim iştirakçılarına təqdim edilmiş portalda olan yeniliklərin davam etdirilməsi üçün hazırda təkmilləşdirmə işlərinin aparıldığını bildirib.
Qeyd edək ki, bu günə qədər Sistemlə bağlı keçirilən təlimlərdə 49 təşkilatdan 85 maliyyə və mühasibat işçisi iştirak edib.


---
DAVAMI
  • 423

Maliyyə və mühasibat uçotu sahəsində çalışan işçilər üçün təlim keçirilib


13 avqust tarixində start verilmiş təlimin davamı olaraq bu günkü təlimə Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin tabeliyində olan təşkilatların maliyyə və mühasibat uçotu sahəsində çalışan 11 nəfər işçisi cəlb olunub. Təlim Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzinin Tədris zalında iki moduldan ibarət olmaqla iki gün müddətində keçiriləcək. Təlimin əsas məqsədi mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsindən ibarətdir.
Tədbirdə Mərkəzin direktoru Mehriban İmanova çıxış edərək iştirakçılara təlimin məqsədi, keçirilməsinin zəruriliyi və gündəlik barədə məlumat verib və təlimin ilk modulu – “Mühasibat hesabları, maliyyə bərabərliyi və ikili yazılış sistemi” mövzusunda çıxışı dinlənilib. Çıxış zamanı mühasibat uçotunun mahiyyəti və funksiyaları, baş mühasibin vəzifələri, balansda baş verən dəyişmə tipləri, yeni hesablar planının və mühasibat hesablarının quruluşu, maliyyə bərabərliyi düsturunun mahiyyəti, mühasibat uçotunda ikitərəfli yazılışın üsulu və digər mövzular ətrafında slaydlar vasitəsilə iştirakçılara ətraflı məlumat verilib.
DAVAMI
  • 421

Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin Fərmanı



Rafael Rza oğlu Əliyevin Naxçıvan Muxtar Respublikasının
Maliyyə naziri təyin edilməsi haqqında
Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin
Fərmanı

 

Naxçıvan Muxtar Respublikası Konstitusiyasının 5-ci maddəsinin II hissəsinin 22-ci bəndini rəhbər tutaraq qərara alıram:
Rafael Rza oğlu Əliyev Naxçıvan Muxtar Respublikasının Maliyyə naziri təyin edilsin.

 

Naxçıvan Muxtar Respublikası
Ali Məclisinin Sədri                 Vasif TALIBOV
Naxçıvan şəhəri, 19 avqust 2020-ci il
DAVAMI
  • 398

“Büdcə təşkilatları üçün beynəlxalq mühasibat uçotunun əsasları” adlı iki günlük təlimə start verilib



Təlim Naxçıvan Muxtar Respublikası Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində keçirilib.
Naxçıvan Muxtar Respublikası Təhsil Nazirliyinin maliyyə və mühasibat uçotu sahəsində çalışan 12 nəfər işçisinin cəlb olunduğu təlim Mərkəzin Tədris zalında iki moduldan ibarət olmaqla iki gün müddətində keçiriləcək. Təlimin əsas məqsədi mühasibatlıq sahəsində çalışan işçilərin peşə hazırlığının təkmilləşdirilməsi və biliklərinin qiymətləndirilməsindən ibarətdir.
---
DAVAMI
  • 640
Sosial şəbəkələrdə biz