Maliyyə Tədris Mərkəzində Gənclər Günü münasibətilə tədbir keçirilib

1 fevral 2022-ci il tarixində Maliyyə Tədris Mərkəzinin təşkilatçılığı və maliyyə könüllülərinin  dəstəyi ilə 2 fevral - Gənclər Günü münasibətilə “Breyn-rinq” intellektual bilik yarışması təşkil olunub. Tədbiri giriş sözü ilə açan Mərkəzin direktoru Mehriban İmanova ulu öndər Heydər Əliyevin adı ilə bağlı olan 2 fevral - Gənclər Günü münasibətilə iştirakçıları  ürəkdən təbrik edib, Azərbaycanımızın tərəqqisi yolunda həyata keçirdikləri fəaliyyətlərində uğurlar arzu edib.
50-dən çox ali və orta ixtisas təhsili müəssisələri  tələbələrinin və gənc könüllərinin cəlb olunduğu bilik yarışmasının keçirilməsində məqsəd gənclərin maliyyə sahəsi üzrə bilik və bacarıqlarını, dünyagörüşünü, intellektual səviyyəsini, müzakirə, təhliletmə, kollektivi təmsiletmə qabiliyyətini inkişaf etdirmək, maliyyə sahəsində intellektual yarışlara olan marağını daha da artırmaqdan ibarətdir.
Oyunun birinci yarısı bitdikdən sonra Maliyyə Tədris Mərkəzinin illik fəaliyyətini əks etdirən videoçarx nümayiş etdirilib.
Maliyyə, vergi, sığorta, bank sistemi ilə bağlı sualları əhatə edən intellektual yarışmanın qaydalarına uyğun olaraq “Breyn-rinq” bilik  yarışının bütün mərhələləri üzrə komandaların topladığı xallar hesablanaraq qalib gələn komandalar müəyyən edilib. 8 komandanın iştirakı ilə gərgin və maraqlı mübarizə şəraitində keçən bilik yarışmasının sonunda birinci yerin qalibi olan  Naxçıvan Muxtar Respublikasının Gənclər Fondunun “Xarı bülbül” komandasına  Mərkəz tərəfindən hədiyyə və sertifikatlar, ikinci yerin qalibi Naxçıvan Dövlət Universitetinin “Bayat” və üçüncü yerin qalibi “Naxçıvan” Universitetinin “Gilan“ komandasının üzvlərinə sertifikatlar  təqdim olunub.
  • 73
Sosial şəbəkələrdə biz