“Gələcək üçün maliyyə” adlı təlimlərə start verilib


Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən icrasına başlanılmış “Gələcək üçün maliyyə” layihəsi çərçivəsində ilk təlim 28 iyul 2021-ci il tarixində Ağbulaq İstirahət Mərkəzində keçirilib. Ağbulaq İstirahət Mərkəzinin iclas zalında keçirilən təlimdə muxtar respublikada fəaliyyət göstərən ali təhsil müəssisələrində təhsil alan tələbələr və könüllü gənclər iştirak edib. 50-dən çox tələbənin cəlb olunduğu təlimin keçirilməsində əsas  məqsəd tələbələr arasında maliyyə savadlılığını təşviq etmək, pul, gəlir, qənaət, xərc, investisiya, büdcə kimi konseptlər haqqında biliklərə yiyələnməkdir.
DAVAMI
  • 0
  • 386

Mənzil və kommunal təsərrüfatı müəssisələri üçün təşkil olunmuş təlimlərə yekun vurulub


24-25 iyun 2021-ci il tarixlərində Maliyyə Tədris Mərkəzində “Mənzil və kommunal təsərrüfatı müəssisələrində əməkhaqqı cədvəllərinin elektron tərtibi sistemi” adlı iki günlük təlim keçirilib. Təlimə mənzil və kommunal müəssisələrinin maliyyə və mühasibatlıq sahəsində çalışan 30 nəfər işçi cəlb edilib.
Tədbiri giriş sözü ilə Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova açaraq iştirakçılara təlimin məqsədi və əhəmiyyəti barədə məlumat verib.
DAVAMI
  • 438

Hüquq-mühafizə orqanlarında çalışan mühasiblər üçün təlim keçirilib


Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində hüquq-mühafizə orqanlarında çalışan maliyyə və mühasibatlıq işçilərinin iştirakı ilə “Büdcə təşkilatlarında uçot və hesabat” adlı təlim keçirilib.
     Təlimə Naxçıvan Muxtar Respublikası Prokurorluğu, Naxçıvan Muxtar Respublikası Hərbi Prokurorluğu, Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyi, Naxçıvan Muxtar Respublikasının İnzibati Məhkəməsi, Naxçıvan Muxtar Respublikasının Ağır Cinayətlər Məhkəməsi və Ali Məhkəmədə çalışan 12 mütəxəssis cəlb olunub. Təlimi giriş sözü ilə açan Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova  iştirakçılara Maliyyə Tədris Mərkəzinin fəaliyyəti haqqında məlumat verib, bildirib ki, təlimin keçirilməsində məqsəd hüquq-mühafizə orqanlarında maliyyə-mühasibat işinin Beynəlxalq Mühasibat Uçotu Standartlarına əsasən aparılması, maliyyə hesabatlarının hazırlanması ilə bağlı biliklərin artırılması və daha da təkmilləşdirilməsindən  ibarətdir.  
DAVAMI
  • 383

Naxçıvan Biznes Mərkəzində görüş keçirilib


 3 iyun 2021-ci il tarixində Naxçıvan Biznes Mərkəzində “Sahibkarlıq fəaliyyətinin idarə olunmasında mühasibat uçotunun rolu və beynəlxalq standartların tətbiqinin zəruriliyi” mövzusunda seminar-treninq keçirilib.
       Naxçıvan  Muxtar  Respublikasının  Maliyyə  Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi və Naxçıvan  Muxtar Respublikası Sahibkarlar Konfederasiyasının təşkilatçılığı, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi və Naxçıvan Muxtar Respublikasının  Dövlət  Vergi  Xidmətinin dəstəyi ilə keçirilən tədbiri giriş sözü ilə Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova açaraq qonaqları salamlayıb və muxtar respublikada sahibkarlığın inkişafı üçün yaradılan şərait­dən danışıb. Qeyd edilib ki, xalqımızın ümummilli lideri Heydər Əliyev tərəfindən müəyyən edilmiş iqtisadi inkişaf strategiyasının əsas istiqaməti sahibkarlıq fəaliyyətinin dəstəklənməsi olub və bu strategiyanın uğurla davam etdirilməsi nəticəsində muxtar respublikada ümumi daxili məhsul istehsalının 88 faizi özəl bölmənin payına düşüb. Sahibkarlığın inkişafı nəticə etibarilə büdcə gəlirlərinin də artmasına səbəb olub.  Bildirilib ki, sahibkarlığın  idarə olunmasında mühasibat uçotu informasiyalarının əhəmiyyəti əvəzolunmazdır. Bu informasiyaların əks olunduğu maliyyə hesabatlarının beynəlxalq standartlara uyğunlaşdırılması və tətbiqi   baza əməliyyatları səviyyəsində məlumat açıqlanmasını tələb etməklə şəffaflığın artırılmasına çox böyük təsir göstərir, müəssisələrin beynal­xalq bazarlara çıxışını təmin edir, həm uçot, həm də biznes proseslərinin yenilənməsi və təkmilləşdirilməsinə gətirib çıxardır. Seminar-treninqin keçirilməsinin əsas məqsədinin kommersiya təşkilatlarında Maliyyə Hesabatlarının Beynəlxalq Sandartlarının tətbiqinin əsas istiqamətləri ilə bağlı maarifləndirmə işini aparmaqdan ibarət olduğu bildirilib.
DAVAMI
  • 390

Maliyyə Tədris Mərkəzində növbəti təkmilləşdirici təlim keçirilib



    26-27 may 2021-ci il tarixlərində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində təşkil olunan iki günlük təlimə muxtar respublikada fəaliyyət göstərən müxtəlif təşkilatlardan 12 nəfər maliyyə-mühasibatlıq işçisi cəlb olunub.
     Gündəliyə uyğun olaraq Mərkəzin direktoru Mehriban İmanova keçirilən təlimlər haqqında ümumi məlumat verərək təlimin əsas məqsədinin muxtar respublikanın dövlət büdcəsindən maliyyələşən təşkilatlarında Beynəlxalq  Mühasibat Uçotu Standartlarına əsasən maliyyə-mühasibat işinin aparılması, müasir tələblərə uyğun olaraq maliyyə hesabatlarının hazırlanması və bu sahədə mütəxəssislərin biliklərinin artırılması olduğunu bildirib.
DAVAMI
  • 376

“Startapda maliyyənin idarə edilməsi” adlı təlim keçirilib


Naxçıvan Muxtar Respublikası Ali Məclisi Sədrinin “Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair əlavə tədbirlər və innovasiyaların dəstəklənməsi haqqında” 2019-cu il 3 aprel tarixli Sərəncamının icrası istiqamətində həyata keçirilən tədbirlərin davamı olaraq 20 may 2021-ci il tarixində Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzində “Startapda maliyyənin idarə edilməsi“ mövzusunda təlim keçirilib. Təlimə “Naxçıvan”  Universitetinin Maliyyə ixtisası üzrə Maliyyə Nazirliyində istehsalat təcrübəsində olan 24 tələbə cəlb olunub.
Təlimin təşkil edilməsində məqsəd startap layihələrinin həyata keçirilməsi zamanı güclü maliyyə infrastrukturunun yaradılması, büdcənin tərtib olunması və icrasına nəzarət, maliyyə  resurslarının səmərəli idarə edilməsi nəticəsində maliyyə hesabatlarında mənfəətliliyin əldə olunmasını praktiki iş vasitəsilə izah etmək, innovativ ideyaların uğurlu biznes sahəsinə çevrilməsinə dəstək olmaqdır.
DAVAMI
  • 496

Muxtar respublikada ilk dəfə olaraq mühasiblərin müsabiqəsi olub


6-7 may 2021-ci il tarixlərində Naxçıvan Muxtar Respublikasının  Maliyyə Nazirliyi yanında Maliyyə Tədris Mərkəzi tərəfindən  Ulu Öndər Heydər Əliyevin anadan olmasının 98-ci ildönümünə həsr olunmuş “Yeni dövrün ən yaxşı mühasibi” müsabiqəsi keçirilib.
Naxçıvan Dövlət Universitetinin dəstəyi ilə Beynəlxalq münasibətlər və hüquq fakültəsində keçirilən müsabiqədə muxtar respublikanın müəssisə və təşkilatlarında çalışan maliyyə-mühasibat işçiləri, ali təhsili müəssisələrinin tələbələri və bu sahəyə marağı olan şəxslər də daxil olmaqla, onlayn qeydiyyatdan keçmiş 45 nəfər iştirak edib.
DAVAMI
  • 523
Sosial şəbəkələrdə biz