Maliyyə Nazirliyinin əməkdaşları Şuşa şəhərində keçirilən Forumda iştirak edib


Naxçıvan Muxtar Respublikasının Maliyyə Nazirliyinin Xəzinə şöbəsinin müdiri Nurlan Hacıyev və nazirliyin yanında Maliyyə Tədris Mərkəzinin direktoru Mehriban İmanova dəvət əsasında Forumda iştirak edib. Forum  “Qarabağın dirçəlişi maliyyəçilərin gözü ilə və “yaşıl” iqtisadiyyatın perspektivləri” və “İşğaldan azad edilmiş ərazilərdə iqtisadi fəaliyyətin tənzimlənməsi” adlı iki paneldən ibarət təşkil olub.
Birinci paneldə ekspert qismində çıxış edən Mehriban İmanova Ulu Öndərin ildönümünə həsr edilmiş Forumun Qarabağın tacı olan Şuşa şəhərində keçirilməsinin mühüm əhəmiyyətini qeyd edərək, hərtərəfli tərəqqi üçün dövlət başçısı tərəfindən müəyyənləşdirilən  Milli Prioritetləri şərh edib, qalib dövlət kimi Azərbaycan qarşısında açılan çox böyük imkanlardan, Qarabağın inkişaf potensialından,  Zəngəzur dəhlizinin Naxçıvan və qitələrarası əhəmiyyətindən danışıb, Foruma  göstərdiyi dəstəyə görə təşəkkürnamə ilə təltif olunub. Formdan sonra Şuşa şəhərinə gəzinti təşkil olunub.
  • 86
Sosial şəbəkələrdə biz